Son 100 ildə dünya dövlətləri anlayıb ki, əgər türkləri sistemli şəkildə idarə etməsələr, o zaman özləri türklər tərəfindən idarə olunacaqlar” Müsahibim Araz Ataxan artıq neçə illərdir ki, Hollandiyada mühacir həyatını yaşayır. Güney Azərbaycan milli hereket fəal üzvlərindən biridir. Doğrudur, müsahibim ixtisasca kimya mühəndisidir, ancaq Güney Azərbaycanda cərəyan edən siyasi ixtişaşlar onun siyasi həyata atılaraq milli fəal kimi rol oynamasına geniş şərait yaratmışdır. Onunla söhbətimizdə diaspor qurumların gördüyü işlər, türk millətinin bir araya gəlməsi yönündə görülən işlər və ən əsası mühacir həyatını yaşamağa məhkum olunmuş onsanların taleyindən bəhs etdik. Söhbət uzandıqca uzandı...çünki milli kimlik söhbətin məğzini təşkil edirdi. - Sizi Güney Azərbaycandan Hollandiyaya aparan yol uzaq olduğu qədər, deyəsən bir o qədər də daşlı-kəsəkli olub? - Bildiyiniz kimi artıq 68 ildir ki Güney Azərbaycanın Milli dövləti İran rejiminin işğalı nəticəsində dağılmış və bu günə qədər də öz iyrənc siyasətini yürütməkdə davam edir. Bu işğalın nəticəsidir ki, 68 ildir soyqırımlar, təcavüzlər davam edir. 68 ildir Turk dilinə qadağa qoyulub, Azərbaycan ərazisi İranın daxilində parcalanıb, adları dəyişilib, doğulan türk uşaqlarının adları dəyişdirilir, türk adlarının istifadə olunmasına qadağa qoyulub. Azərbaycanın bütün iqtisadiyyatı - yerin altında və üstündə olan sərvətləri talanır. Daha aydın başa düşülmək üçün bir cümlə ilə demək istərdim ki, o coğrafiyada türk doğulmaq, azərbaycanlı olmaq qadağandır. Hazırda Güney Azərbaycan, İran adlanan cografiyada genis zəngin əraziyə və 35 milyon əhaliyə sahibdir. Ancaq bir qəzet, jurnal, kitab, TV, mətbuat yoxdur ki, öz ana dilimizdə oxuyaq, məlumat alaq. Bütün bunları görən millət hər zaman etiraz edir, mübarizə aparır, haqqını tələb edir. Çox təəssüf ki, mübarizə apara-apara da qurbanlar verir. Bütün bunlara baxmayaraq istər şah dövründə, istərsə də bu günkü islam rejimində farslar bizə qarşı iyrənc bir siyasəti yürütməkdə davam edirlər. Türkəm, deyənə qarşı ağır işgəncələr hazırlanır, həmin şəxs ya öldürülür, ya da ölkədən qaçaq salınır. - Siz də mənsub olduğunuz millətin-türkün- haqqını qorumaq üçün çətin həyatı seçdiniz... - Başqa cür yaşamaq mümkün deyildi..Hələ tələbəlik illərində mübarizələrə qatıldım, haqqımız uğrunda gedən savaşın fəal iştirakçısı oldum. 22 may 2006-cı ildə Güney Azərbaycanda böyuk hadisələr baş verdi. Bildiyiniz kimi illər sonra 30-dan artıq şəhər və kəndlərdə millət ayağa qalxdı ki, bu milli mübarizədə böyük rol oynadı. O gündən etibarən Güney Azərbaycan sadəcə İranda deyil, bütün bölgələrdə bir alternativ kimi var olduğunu ortaya qoydu. Minlərlə insanımız tutuldu, yüzlərlə yaralılar, onlarla şəhidlərimiz oldu. Məhz o gündən Güney Azərbaycan daha ağır şərtlərə məhkum olundu, siyasi ab-hava daha da gərginləşdi, mübarizəni aparan siyasi fəallar həbs olundu, bəziləri təqiblərə, işgəncələrə dözməyərək ölkəni tərk etdi və ya sürgün olundular ki, mən də onlardan biriyəm. Çox təəssüf ki, ağır şərtlərə, diktator rejiminə tab gətirə bilmədim, buna görə də məcburiyyət qarşısında qaldığım üçün ölkəni tərk etdim. Hazırda siyasi fəaliyyətimi Hollandiyada davam etdirirəm. - Yaşamaq üçün ölkə olaraq məhz Hollandiyanı seçməyiniz bir təsadüf idi, yoxsa orda mübarizəni rahatlıqla davam etdirməyinizə inandığınız üçün belə bir seçim etdiniz? - Öncə qeyd edim ki, Güney Azərbaycanın siyasi fəallarının bir qismi can guvənliyi üçün İranı tərk etmək məcburiyyətində qalırlar. İlk sığınacaq, təbii ki, bizə yaxın ölkə olan Türkiyədir. Ancaq çox təəssüf ki, hazırda Türkiyə Guney Azərbaycanlılara belə bir şərait yaratmır, sığınacaq vermir. Çarəsiz qalan qaçaqlar ya Türkiyədən, ya da Şimali Azərbaycandan birbaşa BMT-yə müraciət edərək sığınacaq istəyirlər. Etiraf edim ki, həmin ərəfədə maddi və ruhi sıxıntılar keçirirlər. 2-3 illik fasilədən sonra BMT sürgünləri 3- cü ölkəyə(Kanada, Amerika) göndərir. Təbii ki, gözləmək mövqeyini qəbul etməyənlər daha təhlükəli yollarla-dəniz yolları, hava yolları və .s özlərini Avropaya çatdırmağa müvəffəq olurlar. Mən də sürgün kimi çətin, daha təhlükəli yolları seçərək Hollandiyaya üz tutdum. Mübarizə asan bir şey deyil, xüsusilə yad ölkələrdə yaşayaraq İran kimi rejimlə mübarizə aparmaq çox çətindir. Ancaq nə qədər çətin olsa da hazırda müasir texnikanın gücü ilə dünyanın hər yeri ilə bağlantılar qurmaq, xəbərlər yaymaq kimi tez başa gələn yollar var. Xaricdə yaşayan siyasi fəalların mübarizəsinin nəticəsidir ki, artıq dünya baş verən hadisələrdən xəbər tutur. Bu da o deməkdir ki, biz tezliklə ana yurdu xilas etmək üçün dünyanın gücündən belə istifadə edə biləcəyik. - Əslində fərd şəklində fəaliyyət göstərərək dünyanın diqqətini cəlb etmək üçün illər lazımdır...
- Haqlısınız... Və düşünürəm ki, bu işi diaspor qurumlar görərsə o zaman məsələ daha tez öz həllini tapar. - Necə ki, erməni diasporası bütün dünyanın diqqətini yalan hadisələrlə cəlb edib. Əgəg dünya yalana belə inanırsa, o zaman baxın görün həqiqətə münasibət necə olacaq... - Azərbaycan diasporasının bu günkü fəaliyyəti zəif, bəzən isə heç bir təsirə malik olmasa da, əsas olan odur ki, onlar dünya ölkələrinə yayılaraq fəaliyyətlərinə ara vermirlər. Siz erməni diasporasından bəhs edirsiniz, ancaq unutmayın ki, Azərbaycan diasporasının qarşısını kəsən daha güclü bir diaspoira mövcuddur, o da fars diasporasıdır. Unutmayın ki, fars diasporası ermeni diasporasından daha güclü və təhlükəlidir. - Dünya tarixindən də məlumdur ki, işğalçılıq mövqeyində dayanan ölkələr gec-tez geriyə çəkilmək məcburiyyətində qalıblar. Necə bilirsiniz, bəlkə Azərbaycan diasporası fərqli, daha düşünülmüş addımlar atmalıdır ki, səsi eşidilsin... - Birincisi, Azərbaycan diasporası çox böyük siyasi dəyişikliklər aparmaqla ermənilərin və farsın qarşısında konkret olaraq məslələr qoymalıdır. Qarabağ məsələsi ilə birgə Güney Azərbaycan məsələsini gündəmdə saxlamalıdır və heç bir zaman unutmamalıdır ki, farsla, erməni eyni siyasəti yürüdür-hər iki tərəf türkü düşmən gözündə görür. Istər Azərbaycan, istərsə də Türkiyənin diaspora qurumları məsələyə daha böyük şəkildə baxmalıdırlar. Erməni yalanlarıyla dünyaya səs salarkən diaspor qurumlar bunu sakit şəkildə izləməməlidirlər. Bir misal çəkmək istərdim. 2010-cu ildə ermənilər Hollandiyada yalançı bir abidə tikməyə başladılar.

- Bu fikrə iki tərəfdən baxmaq olar. Birincisi, tük dünyasında bir araya gəlmək istəyi az görünür. Onlar birləşməyi ağır bir proses olaraq canlandırırlar və əlbəttə ki, bunun da müxtəlif səbəbləri var. Türk dövlətləri üzərində hökmranlıq edən hakimiyyətlərin yaşadığı sorumluluqlar və b. İkincisi, türkün birliyinə mane olan əngəllər. Məsələn, hazırda İran türk dunyasının birləşməsi üçün ən böyük əngəl sayılır. Geopolitik və coğrafi baxımdan Türkiyənin şərq tərəfi İranla sərhəddir. Halbuki o sərhədlər Güney Azərbaycanın ərazisi olmasına baxmayaraq İranın işğalındadır. Güney Azərbaycan azad olduğu gün Türkiyənin sərhədi Güney Azərbaycana dayanacaq və eləcə də Güney Türkmənistan ve turk cografiyasi Ədirnədən doğu Türküstana qədər birləşəcək. Azərbaycan 3 parçaya bölünmüş durumdan xilas olacaq, Qarabağ, müharibə olmadan bir neçə saatın içində azad olacaq. Erməniyə nəfəs verən İran rejimi və farslar bir anında içində çökəcək. Hazırda az qala hamı ABD-ın( ABŞ) Orta doğu layihəsindən danışır,və güneyidə onun bir parçası bilir və bununla qalmır yanlış bilgilə birdə oturur onu analiz edir, ona qarşı siyasət yürütməyə çalışır. Ancaq ortaya çıxıb deyən yoxdur ki, bəs biz türklərin hanı ortadoğu projesi ?O orta doğu projesi var diye 35 milyon Güney Azərbaycan türkünün səsəini,mi kəsməiyik ? Güney Azərbaycanın işğalında nədən Amerika 68 il öncə nizami şəkildə fars iran işğalına yardım etdi ?
Türk millətimizə!Aman susun ! Güney Aərbaycan qurtuluş savaşı və azadlıq hərəkatıABD (ABŞ) projesidir diyə reklam edənlər var .Nə yazıq ki bu düşüncə , qardaş vətənimiz Türkiyədə bir kəsim soydaşlarımızın içində yayqındır.Maraqlısıda budur ki bütün Partilər və fərqli düşüncə xətləri(Milliətçı ,ülkücü, islamçi ...) içində bu baxışa sahib olanlar vardır . Dünyanın ən güclü ortadoğu projesi ki Türk dünyasını əbədi sorunlardan arındırıb və əmniyətə alacaq ,Təbriz projesidir . Xatırlarız ki Güney Azərbaycan azadlıq hərəkatına ABD (ABŞ) çi diyənlər dünən,də Kərkük türkmanlarının ən ağır günlərində,onlara bu sözü diyrdilər .Güya kərkük Toprağların müdafiə etmək!ABD (ABŞ) layehsınə yardımdır Qardaş səsin öz qonşuluğunda eşitmiyən soydaşlarımızın bir kəsimi , Ərəb bölgələrində özlərinə sunni qardaş axtarılar, onların dərdinə dərman olaraq onlara sarı qaçılar Hesab edirəm bu kəsimin əgər Güney Azərbaycanın son 100 il azadlıq mubarizəsin tarixinə qısa baxışları olsa!ya bölgə dəngələrın duz tanıyıb və doğru seze bilsələr , görəcəklər ki Güney Azərbaycan davası milli bağımsızlıq və qurtuluş davasıdır .Güney Azərbaycan Türk Qurtuluşçular öz qandaşları ,türk millətidir ki öz milli iradəsi dışında heç bir gücə ,məmləkətə bağlı deyil, heç bir mənfəət Türk millətinin istiqlali və vətən bütövçülüğü dışında axtarmır .Böyük Türk gücü Türk dünyasının qulağının kənarında bağırır" HARAY HARAY MƏN TÜRKƏM !Təbriz Bakı Ankara ,Biz hara Farslar hara " ancaq bu kəsim soydaşlarımız bu səsi eşitmək,görmək istəmir Bir az real baxsaq o zaman görərik ki, biz türklərin əlində olan imkanlar.güclər.siyasi iqtisadi dəngələr dünyanın heç bir millətində yoxdur. Sadəcə özümüzü tanımırıq və tanımadığımıza görə də özümüzə inamımız yoxdur. Bütün bu səbəblərə görə hələ də bir araya gələ bilmirik. Ulduzə Qaraqızı