Güney Azərbaycan


Gülüstan müqaviləsi – 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.



Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmışdır. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir.

Azərbaycan bugün

1.Bağımsız Quzey Azərbaycan -öz milli demokratik dövləti ilə idarə olunur
2. Güney Azərbaycan -hələdə İran işğalı altındadır.


Quzey Azərbaycan : Rus işqalçı devləti Azərbaycan'i Türkiyə'dən ayri salmaq üçün Quzey Azərbaycan topraqlarını parçalayaraq bir çox topraqları ərmənilərə verib və daha sonralar projənin təkmiləşdirmək üçün Nəxcivan'ı da Azərbaycan'dan ayırmışdır.


Azərbaycan'ın ən önəmli bölgələrindən olan Zəngəzor bölgəsi Ermənilərə verilməsiylə Quzey Azərbaycan'ın Türkiyə ilə topraq bağlantısı kesilmiş durumda qalır. Daha quzeydə Azərbaycanın geniş ərazisi hala Rus işqalı altında qalmaqdadır.
Bu parçalamalar sonucu Quzey Azərbaycan'ın bəlli hissəsi isə Gürcüstan hakimyəti altındadır. Azərbaycan ikinci istqlaliyətndən sonra isə, Ermənilər Rusların yardimiyla Qarabağı ve etrafındakı bölgələri, demek Quzey Azərbaycan'ın yuzde yırmısını işqal edib və hal hazırda Erməni işqalı altındadır.  


Güney Azərbaycan: İran devletçiliği 80 ilden aşqındır ki Azərbaycan adını bizim tarixi topraqlarımızdan silməyə və yox etməğə çaba edir. Qacar dövründə Azərbaycan tanınan topraqların çoxu, indi değişik, yabancı ve bə'zən də anlamsız adlarla tanınır. İran devlətçiliği Azərbaycan Türkünü yox etmek amacıyla onun topraqlarını parça parça təcziyə etmiş və ona başqa taxma adlar qoymuş. Azərbaycan ve Türk adı daşımayan adlar bizim şeherlerimize, xiyabanlarımıza, dağlarımıza, çaylarımıza ve illərimizə qoyulmuşdur.

Güney Azərbaycan'ı Azərbaycan'sızlaşdırmaq və Türk millətini Türksüzləşdirmək geçmiş 80 ildə Pəhləvilərin və İslami faşistlərin sinsi və insanlığa ayqırı olan planı olmuşdur. Güney Azərbaycan Topraqlari Pəhləvilərin hakimyətə gəldiyindən parçalanip və İslam hakimyəti eyni siyasətə dəvam edərərk hətta bir çox yerlərimizdən Azərbaycan adını silnib , qondarma və saxta adlara değişdiriblər.

Güney Azərbaycan ərazisi dedikdə Azərbaycanın tarixi ərazisini təşkil edən 7 əyalət (198 Şəhir)2 bölgə nəzərdə tutulur:
Ərdəbil Əyaləti
Şərqi Azərbaycan Əyaləti
Qərbi Azərbaycan Əyaləti
Zəngan Əyaləti

Qəzvin Əyaləti
Həmədan Əyaləti
Mərkəzi ya Sava şahsevən Əyaləti
Ənzəli bölgəsi
Astara bölgəsi
Qurvə Şəhəri (Kürd əyalətinə verilmiş Azərbaycan şəhəri )
Suqur Şəhəri (Kürd əyalətinə verilmiş Azərbaycan şəhəri )
Bicar Şəhrəi (Kürd əyalətinə verilmiş Azərbaycan şəhəri )
Tehran-Əlborz

Güney Azərbaycan bir daha praçalnır

Bütün milli, insani haqlarından məhrum, milli kimliyinə görə (Azərbaycan türkləri) aşağalanaraq, əritmə siyasəti sonucu kimliyindən uzaqlaşaraq bütün varlığı fars faşistləri tərəfindən talanıb çapılmaqadadır. Qacar şahlığını hökumət çevrilişi (kudeta) yolu ila qəsb edən Pəhləvilərdən başlayaraq fars dilini rəsmi dil elan etməklə başqa qeyri fars dillərini, özəliklədə Türk dilini yasaqlayaraq millətləri farslaşdrımaqla, yeni “iran-fars milləti yaratma” siyasətinin əsası qoyulmuş və şiddətlə uyqulanmışdır.

Bu siyasətin davamında Güney Azərbaycan Türk topraqları parçalanmaya məruz qalaraq yeni əyalətlər yaradılmış və Azərbaycan isimləri dəyişdirilməklə farslaşdırılma aparılmışdır. Şəhərlərimizin adları dəyişdirlərək yeni nəsillərə yeni kimlik və milliyyət uyqulama proqramları başladıldı. Aparılan siyasətə uyğun olaraq.

Urmu-Rzayiye ya Orumiyeh
Salams-Şahpur
Sulduz-Nəqəde
Soyuqbulaq-Mahabad
Qoşaçay -Miyandoab
Muğan -Pars Abad
Qaradağ- Ərəsbaran
Makı-Maku
Xiyav-Meşkinşəhr
Axmaqaya-Ahməqiyə
Zəngan-Zənjan
Tufarqan-Azərşəhr
Sarı qaya-Sareqiye
Tikantəpə-Tekab
Sayınqala-Şahindej
Sarıdaş-Sərdəşt
Qaratəpə-Təppeyesiyah
Savalan-Səbəlan
Soyoqbulaq-Məhabad
Xana-Pranşəhr
Üşnü-Uçnəviyeh
Araz-Ərəs ....100lərcə s.
Farsların bu cür ad dəyişdirlmə siyasəti,Türk adlarının hər yerdən silinib yox edilməsi və Türk adlarının qoyulmasının yasaq edilməsi yönöndə heç şübhəsiz millətimizin milli kimliyindən uzaq salmağa çalışılma və eritmə hədəfində sistemli şəkilənib.
Güney Azərbaycan Ərazi məsahəti
Güney Azərbaycan tarixi ərazisi dövlət sənədlərinə görə , 298000 km²  böyüklüğündədir.
1919 cu ildə Mustəqil Azərbaycan əyaləti Qacarların yıxılışında və fars Pəhləvi iran adlı ölkəni yaratmadan öncə ,298000km² görsədilir.

Vikipediyada farsların daxiol etdiyi bilgilərə dayanaraq Güney Azərbaycan ərazisinin Qum, Kərəc ,Əlborz,və Tehran əyalətləri  xaric 177039 km² görsədilir. Həmşəhrinin online  iran dövlətinin rəsmi dövlət qəzetinin ( http://hamshahrionline.ir/news-19313.aspx) bilgilərinə görə isə ,Tehran , qum ,Əlborz, kərəc əyalətləri  və Zəncan yalətinin bir çox şəhələri xaric   205765 km² olaraq göstərilib.

Əyalətlərə bölünmüş Azərbaycanın ərazisi
Şərqi Azərbaycan əyaləti=45.650 km²
Qərbi Azərbaycan əyaləti=37.411km²
Mərkəzi ustanı=29.127km²
Zəngan=21.773 km²
Həmədan=19.68 km²
Ərdəbil=17.800 km²
Qəzvin=15.567 km²
______________
186.700 km²
+
Tehran=12.981 km²
Əlborz - kərəc=5.833 km²
Qum=11.526 km²
Astara +Ənzəli=5.000 km²
Bicar+Qurvə =5500 km²
__________
Toplam=287.036km² topraq Məsahətinə bugün sahibdir

Güney Azərbaycan Dünyada müstəqil dövlətlərilə muqasəyədə
Güney Azərbaycan bu gün mövcud olan 235 ölkənin 180-dən həm əhalisinə, həm də ərazisinə görü dəfələrlə böyükdür.
Güney Azərbaycan ərazisi ,250 dəfə Sinqapurdan,230 dəfə Bəhreyndən,19 dəfə Kıbrısdan,16 dəfə Qətərdən,10 dəfə Küveytdən,9 dəfə Estoniyadan,8 dəfə İsraildən,7.5 dəfə Makedoniya (Məqduniyə) dən,7 dəfə Albaniyadan,7 dəfə Slovakiyadan,6 dəfə Ermənistandan,5 dəfə Belçikadan,4 dəfə İsveçrədən (Swiss),4 dəfə Hollandiyadan,3 dəfə Gürcüstandan,2 dəfə Quzey Azərbaycandan,2 dəfə Əmaratdan,1.5 dəfə Yunanıstandan böyükdür.


Güney Azərbaycan ən sərvətlı ölkə

Güney Azərbaycanın Gözəl əkinicilik toprağları qırmızı və qara toprağı var. Güney Azərbaycan iran adalanan ölkənin əkincilik dən gələn gəlirinin 52% sağlır və bununla yanaşı iran rejimi digər bölgələrindən və orta Asıya ölkələrinin Avropaya yoladikları əkincilik məhsulatların gəliri 88% güney Azərbaycan üzərindən transizit ilə ələ gətirir.
Güney Azərbaycan  Urmu gölü- qum gölü- Xəzər dənizlərinə sahibdir.Güney Azərbaycan Əhəmiyətli geopolitik əraziyə və Asiya-avropa enreji tranziti və gomrük qapılarına sahibir. 

Yataqlar (mədən):Güney Azərbaycan`da Qaz və Neft yataqları -
Ərdəbil və Muğan bölgəsi zəngin nəft-Qaz yataqlarına sahibdir. İran işğalçı rejiminin yarım pəhləvi şah zamanın`dan bu yataqların inkişafi üçün dəfələrcə iqdam olunsada sevincidiri ki fars rejimləri son anda bi niyyətlərindən geri çəkiliblər . Onlar düşünlər ki bu yataqlar güney Azərbaycan Milli oyanışını və istiqlal istəyini surrətləndirəcək .Nətcədə digər yataqlar kimin rejim onları hələ çalıb apara biləmiyib.
Kərbunatlar və daşlar və Minralar :Qızıl ,Gümüş, Mis,Polad, yataqları Güney Azərbaycanın bir çox bölgəsində özəliklədə Savalan dağı ətrafinda mövcütdür.  Güney Azərbaycanda Süngur Mədəninin Misi Şilidən sonra Dünyanln ən kalitəli bahalı ikinci Mis yataqıdır.
230 ilə qədər 70 milyonluk bir ölkəni gəlirin sağlar Alminium, Daş kömür, Gəc(kirəç) ,Çini ,100lər çeşit qimətlı Mərmər daşlar, 


Milliyət
İşqalçılar oz hakmiəyyətlərin bizə tahmil etmək üçün bizi öz milli kimliyimizdən uazqalaşdırıb və bizə yalançi kimlik yaradib inadirmişlar. Yuxrıda işarə etdiyimiz kimi kəsrəvilər vasitəsi ilə bizi Azəri və dilimizi de Azəri dili olaraq əski Pəhləvi dilinin dəvami və pəhləvi dilini də fars dilin bir qanadı adlandıraqraq, bizi Fars oldugumuza inandırmağa çalışmış və çalışmaqdadırlar. Azərbaycan'in quzey hissəsi də buna bənzər teorilərlə Ruslarin tərəfindən Türksüzləşdirməyə məruz qalmışdır.

Güneyde bizə pəhləvi,Xomeyni Azəri dedikləri kimi quzeyde de Tatar, Qafqazli və Azəri kimi adlar verilmişdir. Buna kifayət etmiyən Fars və Rus işqalçıları bütün eğitim və təbliqat sistemi, yazılarda ,nağıllarda ve kültürəl əsərlərdə və hər yerdə Türkləri qəddar , vəhşi və təcavüzkar adlandırıb, hərkəsdə və özəlliklə millətimizdə Türk'ə nifrət yaratmişlar.


Bu səbəbdən də bügün bir çox soydaşımız həmən yalan təbliğatların nətcəsində Türk oldqlarını untmuş və hətta anti türk təbliğatların nətcəsində Türk olduğunu qəbul etməkdən belə çəkinməkdədir.Özəlliklə də orta və yuxari yaşlı insanlarımız tarixi, kimlik və düşüncə olaraq daha çox zərərli təbliğatın qurbanı olmuşlardır. Alt yapısı anti Türk Təbilgatı nəticəsində zəhərlənmiş bu kəsimdə bilinc altı ( naxod agah) Türk'ə nifrət bsələndiyi üçün, Türk olduğunu qəbul edəbilmir. Türk kimliyindən qaçan bu kəsim özünü Farsın, Rusun ona verdiyi adla ifadə etməyi tərcih edir.

Farslaşdırmaq Əritmək siyasəti  nəticəsində  Azərbaycan Türklərə Qondarma Kimliklər:

Türk olmaq Türkiyəli olmaq deyildir. Türkiyəli ama Türk olamaynlar da var. Türkiyəli (Turkish ) və Türk soylu (Turkic) fərqli termlərdir. Türkiyədən əlavə Qazaqistan, Qırqızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, və başqa Türk ölkələri də var.
Azəri, İran Azərisi, İran Azərbaycanı, İran Azərbaycalıları ,İran türkləri və bu kimi istənilən termin Azərbaycan türklərini İran mülikiyyəti, İran kimliyi nəhayət İranın işğalında tərkib hissəsi kimi verməyə çalışan idealogiyanın ürətmiş olduğu teoridir.İran ərazisini qorumaq və güneyin işğalına dəvam etmək üçün Fars rejim son illərdə Milli oyanış hərkatın daha irərləməsi üçün yeni terminlə " İran Türkləri " ortayaçıxır.Azəri, İran Azərisi, İran Azərbaycanı, İran Azərbaycalıları Əritmə terminlər uduzduğu kimi ,son illərdə çixan " İran Türkləri " termini qulağa xoş və məntiqli gəlsədə yalnış, şaşırdıcı və Azəri, İran Azərisi kimi anlayışlardan daha təhlükəlidir.

Çünki, kökündə irançılıq duran bu anlayışda Azəri sözünün yerine Türk kəlməsi yerləşdirərək millətin gerçək kimliyini savunan görüntü yaradılır. Bu düşüncədə iranlılıq ana kimlik və ana xətt olaraq savunulmaqdadır yəni brirnci ya ust kimlik İranliyiq və ikinci dərəcəli (zirməcmuə) ya alt kimlik olaraq Türk Millətimiz İrana mənsub ərazilərdə yaşayan Türklər kimi göstərilir və Azərbacanın vətən anlamını silərək yerinə iran vətəni tərif edib Azərbaycanı İranın ərazisi, mülkü və ayrılmaz hissəsi kimi tanımlamaqdır.Azərbaycan vətən adı silinməkdən sonra vətən aid olan İstiqlaliyət davasınıda ortadan qaldırmış olur.

Özlərini Azəri, və başqa ona verilmiş adlarla ifade edib Türk olduqlarını inkar edənlər və ya vətəni Azərbaycanı deyişik salanlıb İrançılıq edeən neopaniranistlər, həmən zəhriləmənin simptlarını daşıyırlar.
Eyni halda Türk olmaği Türkiyeli olmaqla özləşdirib və Türkiyəli olmadığımız üçün Türk deyilik diyənlər həmən zəhırlənmənin qurbanlarıdırlar. Necə ki Qazq türkü , Qirqiz türkü , Özbək türkü, Tova,qimiq,avar, bulqar,və siayər millətcə turkdur bizimdə milliyətimiz TÜRKDÜR. Ancaq Vətən cografisi bəlirləməsi üçün Azərbaycan Türkü ən doğru və elmi ifadədir.

Dil
Siyasi ve cuğarfi bölünmələr Türk boylarını oluşdurub. Bu cuğrafi və siyasi dəyişmələr Türk nəslinin dilinin formalaşmasında tə'sir bıraxıb və dəyişik ləhcələri yaratmışdır. Yəni Çinin quzey batısından Balkanlara qədər yayılmış Türklər məsafə miqyaslı ləhcədədə dəyişklilərə malikdir. Misal üçün Uyqur, Qazaq və Qırqız ləhcələri birbirinə yaxindir.

Və ya Azərbaycan, Türkiyə və Kərkük ləhcələri bir birinə yaxındır. Ancaq məsafət uzaqlaşdıqca ilişgilər də azalmiş və bu səbəbdən Anadolu ləhcəsilə Uyqur ləhcəsinin fərqi daha çox görünməkdədir. Demək dilmizdə eyni dil (Türk dilinin) bir ləhcəsidir ki onu bəzliləri Azəri, Azərbaycan dlili, Azəri Türkcəsi adlandırır. Necəki Qazaq Türkcəsi, Uyqur Türkcəsi, Qirqiz Türkcəsi, Özbək Türkcəsi, Türkmən Türkcəsi, Türkiyə Türkcəsi deyilir, bizim dilimiz də Azərbaycan Türkcəsidir. Türkiye'de, İran'da veya her yerde ''Azəri'' sözünün millətimizə vəya dilimize işlədilməsi bilimsəl olaraq yalnış və Azərbaycan Türkünə və Türkcəsinə sayqısızlıq kimindir. Bu dillərin hamısna elmi dildə ''Türk dilləri'' və Türk mənşəli dillər deyilir .

Sayı:
35 milyon Güney Azərbaycanda Azərbaycan türkü yaşamaqdadır ,Quzey Azərbaycan 9 Milyona yaxın cəmiyətə sahibdir.Türkiyə ,İraq,və dünyaya səpələnmiş Azərbaycan türklərinin sayısı 50 milyon nəfər keçir.
İran adlanan ölkədə fars işğalçıları azınlıqda olduqlarını gizlətmək üçün bugünə qədər hər hansı milli boyutları bəlirləyən statistik sayımdan imtina etmiş və uyudruma fars çoğunluğu ideası ilə başqa millətləri azınlıq olaraq göstərmişlər. Bu səbəbdən də eyni təbliğatın təsiri altında formalaşan milli düşüncə sahibləri, bilincaltı təsirlərin nəticəsində özlərini azlıq hesab edirlər.
Dəfələrcə bu məsləyə açıqlıq və islahat gətirsəkdə, yenə də özümüzdən olan bəzi “aydınlar” Azərbaycanlıları iranın 4/1-i və ya ən yaxşı halda 3/1-i hesab etməkdədirlər, bununla yanaşı davamlı olaraq İran adlanan yerdə əqliyyətlərin hüqunudan danışır, onları savunurlar.
İran adlanan ölkənin 70%-in qeyri fars millətlər olmasını hətta keçən il İranın Təhsil Nazirliyi də etraf etdi.
2001-ci ildə BMT-nin rəsmi Raportunda 30 milyon Güney Azərbaycanlıdan söz edilir. Azərbaycanlıların təxmininə görə isə bu rəqəm 35 milyondur.

1993-97-ci illər arasında İran adlanan ölkənin verdiyi qaynaqlara dayanaraq benəlxalq araşdırmaların (etnolog.com) verdiyi rəqəmlərə görə 1997 ildə təkcə Azərbaycan Türklərinin sayı farslardan 1.5 milyon nəfər çox olmuşdur.
2012-ci il İranın Xarici İşlər Naziri əli əkbər Salehi Türkiyədəki görüşlərində İranının 40%-nin Türk olduğunu vurğulamışdı. Düşünün, əgər İran rəsmisi bu faizi verirsə, heç şübhəsiz bu faiz göstəriləndən daha da çoxdur. Sayımın qaynağı farslar olduğu üçün kəsin demək olar ki, fasrların nüfusu həddindən artıq göstərilmişdir. Yəni türkərin sayısı təxmin etdiyimizdən də artıq ola bilər.Xatırladaq bu məlumat Salehinin ağzından qaçı vermişdi ki sonrasi rejim tərəfində bu video qaldırılıb
Tərəfsiz sayım olmayana qədər təbii olaraq bizimdə sayımızın dəqiq bəlirlənməsi çətin olacaqdır. Ancaq yuxarıdakı sənədləri nəzərə alaraq kəsin dəyə bilərik ki, Azərbaycan Türklərinin sayı farslarda çoxdur.

Buna görə də Azərbaycalılara azınlıq (əqəliyyət) olaraq yanaşmaq düz deyildir, hətta iran adlanan yerdə Azərbaycan Türklərinin ən çox nüfus sahibi olması açıq müzakirəyə verilməlidir.

35 milyondan Aşqın Azərbaycan türkünün yanısırasında başqa iranda əsir Türklər də bu listəyə əlavə edilərsə Türk millətinin iran adlanan ölkədə yaşıyan 80 milyonluq nufuzunun yarsını və ya yarsından çoxunu təşkil etdiyi aydın görünər.

BAYRAĞ
Günümüzdə, əsasən üç bayraq çeşidi ilə sıx-sıx rastlaşırıq: 1. dövlət bayrağı, 2. milli bayraq, 3. teşkilat bayrağı.

Dövlət bayrağı: Dövlətlərin hakimiyyətini, suverenliyini təmsil edər. Dövlət bayrağı milli bayraq olmaya da bilər. Örnəyin, Kosova öz müstəqilliyini əldə etdikdən sonra dövlətin sınırları içərisində yaşayan digər etnik qrupların da varlığını nəzərə alaraq, parlament milli bayrağı deyil, yeni bir bayrağı dövlət bayrağı olaraq qəbul etdi.

Milli bayraq: Bir millətin ideallarını, amallarını təmsil edər. Bir bayraq, əgər arxasında millətin milli ideologiyası, milli təfəkkür sistemi durmuşsa, milli bayraqdır. Milli bayraq dövlət bayrağı olmaya da bilər. məsəla, Sovetlər birliyi dönəmində Azərbaycan Respublikasının ayrıca dövlət bayrağı vardı, lakin bu bayraq kəsinliklə Azərbaycan milli bayrağı deyildi. Bu gün isə, 1918-dən bəri var olan milli bayrağimiz Azərbaycanın quzeyində həm də müstəqil Azərbaycan Dövlətinin bayrağıdır.
Təşkilat bayrağı: Müxtəlif iqtisadi, ictimai, siyasi və b. qurum və quruluşları təmsil edər.


Parçalanmaya məruz qalmış siyasi statusundan asılı olmayaraq bütün Azərbaycan türklərinin tarixi proseslərdə milli kimliyini qorumağı bacarmış millətdir.Bununla bərabər zaman-zaman müstəqilliklər, işğallar yaşamış xalqımız köklü olaraq 1918-ci ildə öz dövlətçilik simgələrini Azerbaijan-flagmüəyyənləşdirdi. Bu gün dünyada Azərbaycanı təmsil edən üç rəngli milli bayrağımız 1918-ci ildə quzeyli güneyli Azərbaycan rəhbərlərinin birgə qərarı ilə qəbul edilmişdir.Azerbaycan milleti bir milletdir 10 yere parçalansada ,10 millet deyil !!.
 

"Güney Azərbaycan Milli bayrağı" Adında yaranışlar Azərbaycanı milli olaraq daha Parçalır 
Çağdaş Azərbaycan milli hərekatının milli-mədəni fazdan milli-siyasi faza sürətli bir biçimdəkeçmişdir. Bu sürətli keçişi arxada buraxdığı sürəcdə qazandığı böyük nailiyyətlərlə yanaşı, həm də uluslararası siyasi şərtlərin olumlu bir biçimdə oluşması ilə izah etmək heç də yersiz olmaz. Ancaq bu sürətli keçiş müsbət yönləri ilə birlikdə, yeni mərhələyə yetərli hazırlığımızın olmaması ucbatından bir sıra sıxıntıları da bərabrində gətirmişdir. Keçmiş hərəkatlarımızın da təcrübəsinə dayanaraq, bu sıxıntıların düzgün təsbiti və ortadan qaldırılması çağdaş hərəkatımızın öz hədəflərinə doğru axsamadan irəliləməsi üçün olmazsa-olmaz şərtdir.

Son günlərdə sıx-sıx ortaya atılan və gündəmimizi süni bir şəkildə məşgul edən problemlərdən biri də ”Güney Azərbaycan milli bayrağı !!!” mövzusudur.
Daban-dabana zidd olan ve bir arada olmaları mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə yerləşdirmək sistemin öz içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin, bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı ilə ”Quzey Azərbaycan milləti” və yaxud ”Güney Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin içində yer almasi mümkün deyildir.

Daha ”milli bayraq təşəbbüskarları”nın yaratdığı olumsuz ortamla bağlı hərəkatda yinə sorunlar yartmış və bugündə dəvam edir.

1. Bildiyimiz kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə məxsus”, ”millətə aid” anlamını ifadə edən bir sözdür. ”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan türkcəsi qramatikasına görə ikinci növ təyini söz birləşməsi olub Güney Azərbaycan millətinə(?) aid bayraq anlamına gəlməkdədir. Zənnimizcə işin buraya qədərini düzgün bir biçimdə çözə bildik. Çözə bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli Azərbaycan türk millətindən fərqləndirən məqamlar hansılardır?

2. İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati mənada parçalaya bildiyi, ancaq dili ilə, mədəniyyəti ilə, mənəviyyatı ilə, amalları və idealları ilə bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq görmürsünüzmü? Sizcə, bu anlayiş, rus imperiyası və fars şovinizminin ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik, çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi? Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi otoritələrin altında olması Quzeydə yaşayanlarla Güneydə yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ bilərmi? Bizcə gəlməz. Necə ki viyetnamlılar gəlmədi, necə ki almanlar gəlmədi. Sizcə?

3. Yuxarıda qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının simgəsi olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir. ”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın əsasları nədən ibarətdir?

4. Milli bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət bayrağı olması uluslararası platformada hər hansı bir sorun qaynağı deyildir. Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur” deyə müraciət etməmişdir. Finlandiya kimi bir hüquq dıvləti sınırları içərisində yaşayan İsveç kökənlilər (toplam əhalinin 10%-ini təşkil edir.) məxsus günlərdə İsveç dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu haqlarından imtina etməyə dəvət etməmişdir. Görəsən, uluslararası hüququ əsas gətirərək (əsassızdır), gündəmə gətirdiyiniz ”Güney Azərbaycan milli bayrağı” dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi ideyaları Azərbaycanın güneyində cərəyan edən hərəkatımızın yaddaşından silməyə yönəlik cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı canfəşanlığının son günlərdə M. Ə. Rəsulzadə və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi?

5. Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini düşünən Yunanistan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya daşıdı. Bunun nəticəsində bayrağını dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq asan yaradılmır(Bayraqları bayraq yapan üstündəki qandır). Çünki bayraq bizdə sanıldığı qədər ucuz deyildir. Hər kəs əlinə bir neçə rəngli qələm alıb bu millətə milli bayraq yaratmağa çalışırsa, bayraq qavramımız sudan belə ucuza düşməzmi?

6. Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq dərəcədə fərqli olmalarına və s. baxmayaraq, hər vasitədən istifadə edərək (o cümlədən bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim etmişlər. 1920-ci ildə bu günkü Türkiyə kürdləri içərisindən çıxdığı iddia edilən bayrağı 1945-1946-da İran kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə, həm də bütün kürdlərin milli bayrağı olaraq təqdim edilməkdədir. Kürdlərdə vəziyyət belə ikən, bizim sıralarımızda bəzilərinin bütün vasitələrdən istifadə edərək, Azərbaycanın güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə xidmət edir?

Qara Bayarq 

Gündəmimizi məşğul edən məlum mövzunun təşəbbüskarları(həm simgə olaraq təklif irəli sürənlər, həm də bunu bayraq olaraq tanımlayanlar) bilərəkdən və ya bilməyərəkdən gözümüzün önündə cərəyan etmiş cox yaxın tariximizi təhrif edərək, milli öndərimiz Ə. Elçibəyin adından istifadə edərək təşəbbüs-təkliflərini qəbul etdirməyə çalışırlar. Nə deyirlər? Deyirlər ki, ” Ə. Elçibəy Bütöv Azərbaycan Birliyi tərəfindən çap olunan ”Muxtəsər Azərbaycan Tarixi” kitabında yer alan tərhi gördüyünə görə və BAB kitabxanası seriyasından verildiyinə görə, demək ki, onu qəbul etmişdir”. Bir qrup isə daha da irəli gedərək iddia edir ki, Ə. Elçibəy kitabda olan bu tərhi Azərbaycanın güneyi üçün bəzilərincə ”Güney Azərbaycan milli hərəkatının simvolu, bəzilərincə ise ”Güney Azərbaycan milli bayrağı” olaraq təklif etmişdir.

Təhrifə yol verilməməsi və həqiqətin ortaya çıxması naminə, həm Bütöv Azərbaycan Birliyi sədrinin-Ə.Elçibəyin birinci müavini olaraq, həm də illərlə Elçibəylə bir yerdə yaşayan və onun, özəlliklə də Güneylə bağlı düşüncələri ilə çox yaxından tanış olma fürsətini yaxalamış sıravi bir Azərbaycan türkü kimi mövzu ilə ilgili bir sıra məqamlara aydınlıq gətirməyi özumə özümə borc bilirəm:

1.yuxarıda adi keçən kitab, kəsinliklə BAB tərəfindən çap olunmamışdır. Sadəcə olaraq, kitabın müəllifi BAB Sədrinin ideoloji məsələlər üzrə müavini Arif Rəhimoğluna (Allah uzun ömür versin. Yaşayır və istəyən müraciət edib soruşa bilər) müraciət edərək kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olub olmadığını soruşmuşdur. Arif bəy həmin kitabı Elçibəyə götürərək müəllifin ricasını ona çatdırmışdır. Elçibəy kitabı incələdikdən sonra möhtəvanı bəyəndiyini, kitabın Bütöv Azərbaycan Birliyi kitabxanası seriyasından getməsində bir saxınca olmadığını ifadə etmişdir. Məlum tərhdə ay-ulduzun nədən qara rəngdə olduğunu sorduğunda ise, Arif bəy ”bu gün Güney əsarətdədir. Güney istiqlalını qazandığında mən də ay-ulduzu ağardacağam” deyə müəllifin fikrini Bəyə Çatdırmışdır. Elçibəy ”bu da bir fikirdir” deyib məsələnin üstündən keçmişdir. Diqqət edərsəniz, bu dialoqda simvoldan və ya bayraqdan kəsinliklə söhbət getmir. Sadəcə olaraq, Elçibəy Güneyin istiqlalı arzusu ilə bağlı muəllifin xəyal gücünə hörmətlə yanaşaraq, ”bu da bir fikirdir” demişdir.

2. Kitabın kimin tərəfindən sponsorluq edildiyi, kimlər tərəfindən çap və nəşr olunduğu, eləcə də müəllifinin gerçək kimliyi bizə tamamilə məlumdur. Lakin siyasi etika gərəyi, özləri istəmədiyi müddətcə bu bizdə saxlı qalacaqdır.

3. Yuxarıda nöqtəsinə, vergulunə qədər verdiyimiz dialoqda, eləcə də adı çəkilən kitabda bayraq və ya simvol deyə tək bir sözün belə keçmədiyi halda, sadəcə BAB kitabxanası seriyasından gedən bir kitabda yer aldığına görə hər hansı bir rəsm əsəri və ya tərhin Elçibəyin Güneyə bayraq və ya simvol önərisi kimi təqdim edilməsini təşəbbüsün ideya babası və ya ideya babalarının məntiq zəifliyi ilə izah etmək sadəlövhlük olar deyə düşünürük.

4. ”Dil təfəkkürün yansımasıdır. Biz ”Güney Azərbaycan” və ya ”Quzey Azərbaycan” dediyimizdə təfəkkürümüzdə Azərbaycanın parçalanmışlığını qəbul etmiş, rus imperiyası və fars şovinizminin iradəsinə boyun əymiş kimi görünürük” deyə bizləri bu sözlərin yerinə ”Azərbaycanın güneyi”, ”Azərbaycanın quzeyi” kimi ifadələri işlətməyə çağıran Elçibəy Azərbaycanın güneyi üçün milli bayrağımızdan fərqli bir ”milli bayraq” təklif edərmi? Ayrı-ayrı millətlərin ayrı-ayrı milli bayraqları ola biləcəyini, eyni millətin isə sadəcə bir milli bayrağı ola biləcəyini bizlərə öyrətdiyi halda, Azərbaycanın güneyinə ayrıca bir milli bayraq təklif etməsi Elçibəyin özü-özünü inkar etməsi anlamına gəlməzmi? Elçibəyin özü özünü inkar edən bir lider olduğuna inanırsınızmı?

5. Elçibəy irsini araşdırıb öyrənənlər bilirlər ki, Elçibəyin bayraq mövzusu ilə bağlı təfsirə ehtiyacı olmayan konkret fikirləri vardır.

Bunlardan bəziləri:
*…Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq. Oraya bu bayraq gedəcək. (Elçi düşüncələri, səhifə: 115)
* Mən demişəm ki, bu bayraq Təbrizdə dalğalanacaq. Onu mərəndli də, təbrizli də, gəncəli də, bərdəli də sanca bilər. Onu sancan adamı mən bağrıma basacağam və o mənim qardaşım olacaq. Ancaq, onu mən sancsam, bu mənim böyük xoşbəxtliyimdir, ən böyük şərəfimdir. (Bütöv Azərbaycan Yolunda, səhifə: 280)
* Mən əminəm ki, yaxın vaxtlarda üçrəngli bayrağımız Azərbaycanın güneyində də dalğalanacaq. Azərbaycanın güneyində, əslində onu gizli olsa, daşıyırlar. (Bütöv Azərbaycan Yolunda, səhifə: 327)

Yuxarıda vurğuladığımız fikiri bir daha altını cızaraq vurğulamaq mütləqdir ki, Azərbaycan siyasi statusca parçalanmış ola bilər, ancaq millət o tayli da, bu taylı da eynidir.Bir millət iki siyasi status. Biz bir tək amal uğrunda Milli Davamızda qələbə qazanaraq siyasi ayrılığı aradan qaldırmaqla birləşmiş Bütöv Azərbaycan yaratmalı - bir millətin bir dövlətini qurmalıyıq. yoxsa tariximiz və bugünkü milli varlığımız təhlükəyə atmış oluruq Güney Azərbaycan miili bayrağ dedğımızdə Güney Azərbaycan milləti və milli bir tarix yardırıq və quzeyə başqa milli kimlik və tarix vermiş oluruq .bu məntiqin sonucuna bir balca misal ilə baxax : Məsəla "Səttarxan ,Pişevəri Güney Azərbaycan milllətinin Milli qəramanlarıdır !! Elçi bəy . Rəsulzadə quzey Azərbaycan millətinin qəhramanıdır" Bu məntiq bizi daha parçalamır bə nə edir ? Ulu öndər Elçibəy Güney Quzey aynı bayrağa sahib olduğunu dəfələrcə təkid etmiştir və günümüzdə Youtubede bu video yeterincə vardır.

Hər bir parçalanmış toprağımıza bu məntiq əsasinda hərə bir bayraq yaratsaq Naxcivan -Dərbənd-Borçalı -Qarabağ-Güney Azərbaycan Quzey Azərbaycan ....da bayarq çizməliyik ! Bayraq Bir millətin tarixi və simgəsi və inancini anlatır Biz bir milllətik-Tək bayrağımız var -Tək tariximiz var. Bütün siyasi partiyalarımızın önərdikləri bayrağlara parti bayrağı olmaq şərtilə hörmətlə yanaşmalıyıq ancaq o bayrağı milli bayrağ adlanırsalar orda durub düşünmək lazımdır! Bir millətin Bayrağının üstündə olan hər rəngin kod nümrəsi ,rənglərin ayarı, hər rəngin əndazəsi .ay ulduzun nə boyda və harda oturması , ... hamısı bir millətin tarixindən ilham alınmışdır və hər yerindən duran buna əl surəməz .rənglərin birin az birin çox edəməz ay ulduzun rəngin dəyşəməz.Azərbaycan millətinin bir bayrağı var siyası bayrağlarıda bir partya yox millət seçər siyasi partiya sadecə önərə bilər kimsəyə bu sənin milli bayrağındır qəbul et deyəməz.Vətənimzə və millətimiz iran-ermənistan kimin düşmən rejimlərdə biz özümüzü parçalmaq istətdığımmızı görmək istəyirlər ki hər parçamız ayrı milli kimlik , ayri milli simgə tərif edib bir birimizə daha uzaklaşmağımızı istəyir .


Din

 Azərbaycan millətinin böyük əksəriyyəti müsəlmandır, xüsusilədə şiə məzhəbinə etiqad edən müsəlmanlar aparıcı yer tuturlar. Daha sonra isə sünni müsəlmanlar önəmli nüfusa malikdirlər. Azərbaycanda həmçinin ələvilər, Bəhayi, xiristiyan və yahudi (Judaizm) dininə inanlar da yaşamaqdadırlar.

İran Adlanan Ölkədə Əsir Türklər


İran platosu Türklərin ən qədim tarixi topraqları olsa da ancaq başqa millətlərin və dillərin buraya axını və yaşaması nətcəsində bu platudua bügün başqa millətlər o cumlədən ərərblər, Bəluçlar, Farslar, kürdlər, lorlar Türklərlə yan yana yaşamaqdadırlar. İran adlı zorakılıq siyasi coğrafiyada bugün sistemli olaraq Türklər biribrindən ayrı salınıb İran adlı qoandarma ölkədə Azərbaycan, Türkmənistan, Qaşqay, xələc, Xorasan Türkləri və daha da izülə olumuş Türk topluları yaşamaqdadır. İran fəlatının bəri başdan Türk toprağı olmasına baxmayaraq bu gün bu topraqların hamsını Türk topraği diyə iddia etmək də uyqun və mümkün deyil. Ona görə də Türkləri 4 əsas hissədə belə saya bilərik. Güney Azərbaycan Güney Türkmənistan Qaşqayi
1-Xurasan Türkləri.2-Tehran Azərbaycandır

Xorasan və özəliklə də Qaşqay Türkləri İran adlanan yerdə yaşayan Türklərin içində Azərbaycan Türklərindən sonra ən sıx və toplu yaşayan Türklərdir. Bu Türklərdə olan milli hərəkətdən himayət etməğimiz vacib və lazimdir, ve bu herekete onların içinde zəmin hazırlamaq lazimdir. Xorasan və Qaşqay Türkləri hər zaman Güney Azərbaycan milli hərəkətinin müzakirə mərkəzində olmalı və mümkün dərəcədə onların mütəşəkkil hərəkətin formlaşdrımağa çalışmalıdır. Ancaq bağımsız Güney Azərbaycan mutləq bu Türklərin huququnun əldə edilməsi üçün hansı dövlət tərkibində olursa olsun, kəsin mövqe bildirməlidir. İlk olaraq Xorasan və Qaşqay Türklərinə muxtar dövlətlərinin qurulması, bu dövlətlərlə müzakirə mövzusu olmalıdır. Güney Azərbaycan bağımsız dövlətin qurduqda, bu Türklərə xususi diqqət yetirməlidir. Güney Türkmənistan,da Milli mustəqil dövlət qurulması milli hərəkətimizin diqqət mərkəzindədirMübarizə sonucu bu Türklərin egemenliyi tə'min edilməlidir.Azərbaycan milli bağımsızlıq mübarizəsi nətcəsində İran dövləti yıxlacaq və daha doğrusu yıxılmalıdır. Mərkəzi yıxmaqdan amacımız başqa İran mərkəzli hökümət qurmaq yox, veya hər hansı İran adlı alternativə aldanmadan dər hal bağımsız Güney Azərbaycan milli dövlətini qurmaq üçün İran mərkəzi dövlətini yıxmalıyıq.



Mədəniyət
Parçalanma ardından Güney Azərbaycanda Mədəniyyət İşğalçı iran Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi iləmədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi.


XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi.
O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi.
XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdir.

Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdənhər yerdə şöhrət tapıb. Londonun “Viktoriya- Albert” muzeyində saxlanan “Şeyx Səfi” xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətayi tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus “incəsənət akademiyası” idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər.

İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşqul durdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər.
İşğalçı Pəhləvi recimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan “Şah gölü” El gölündəki aşıq abidəsi götürülmüşdür.


Hazırda İran talançı rejiminin muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir.
Fars iran Pəhləvi recimi dövründə işğal altında Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiy, Xoy və Miyandabda idi.
Fars rejiminin Hakmiyətində deyişiklikdə İslam inqilabı adı altında bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı.


Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş “Şərqi Azərbaycan Muzeyi” indi “Azərbaycan Muzeyi” adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə “Zoologiya” muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.


1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir.

Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir.
II dünya müharibəsindən bugünə kimi bütün İran platosununda əsir qeyri fars millətlərin içində maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur.
Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və curnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, sinema-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır.

Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və “Tərbiyət kitabxanası” G. Azərbaycanın ən böyük kitabxanalarıdır.Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur.
80-ci illərdə rodio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir.

Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.


MUSİQİ





Azərbaycan bölünədən sonra Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları “məhəlli nəğmə” adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir.


Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə “Fantaziya”, “Elim, günüm, şövkətim”, “Ceyran sevgilim” və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun “Aman, ayrılıq”, “Sizə salam gətirmişəm” mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur.



Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İran adlanan cöğrafiyada millətlər arsında ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.
Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub.

O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Sevil” operasında baş rolda çıxış edib.

Vətənpərvər və türk dünyasının tanınmış böyük Ozanı ,Ozan Araz Elsəs , Xalq muğənni Yaqub Zurufçu ,Cavid Təbrizlı ,,Muğam ustası Rubabə,... sanatçılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır.
Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.

ƏDƏBİYYAT

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və b. lirik şerin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şerlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı.

Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı. 20-ci əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İran platosunda millətlər arsında yeni şerin təməli “Təcəddüd” Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur.

Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şerlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır.

Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə “Təcəddüd” (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi. 1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş “Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti”nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 60-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan M.Şəhriyarın “Heydərbabaya salam” poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şerlərinin ustadı sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şerləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

Şah fars işğalçı dövlətini təmsil etdığı dönəmdə işğal altında olan millətlərə farslaşdırma siyasəti sistemli başlasada , ana dilində ədəbiyyat 50-70-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər görülmüşdür (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsəddiq, M.Mənafi, C.Müciri və başqaları) 1978-1979-cu ilər İran islam inqilabından sonra keçən qısa bir müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edildi. Onların bir neçəsi təkrar işıq üzü gördü.
MƏTBUAT 
 Parçalanmış Azərbaycan və işğal altında Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur.
1946Milli hökumətin devrilməsindən 1978-79-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-79-cu illər az muddətinə imkan yarandı.

İran talançı dövlətçılığının hakmiyətində deyşik gətirən İnqilab,sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində “Odlar yurdu”, “Çənlibel”, “Araz”, “Molla Nəsrəddin”, “Azərbaycan”, “Vətən uğrunda”, “Oxtay”, “Səttar xan bayrağı”, “İrəli”, “Muştuluq”, “Bahari-Azərbaycan”, “Ayəndeyi-Azərbaycan” kimi qəzetlər və “Koroğlu”, “Birlik”, “Azadlıq”, “Qardaşlıq”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Azərbaycan səsi”, “Günəş”, “Ülkər”, “Yeni yol” kimi curnallar gizli çap edilərək basqıda yayıldı.

Bu mətbuait orqanlarında İran rejimi zülmləri, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi.

Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.

İran adlanan zindanın başına gələn yeni fars hakimiyət dairələrinin rəhbərliyi qeyri-fars xalqların milli demokratik qurtuluş -istiqlal hərəkatlarına acımasız münasibəti 1980 ci illərdən buugünə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə basqı altında çıxan “Varlıq” curnalı idi.


TEATR
  1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək fars bölgələrində yayılması G.Azərbaycanda teatr sənətinə marağı artırmışdı.

1909-21-ci illərdə “Azərbaycan artistləri dəstəsi” fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – “Xeyriyyə teatrı” tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövlət Teatrı yaradılmışdı.

1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı.

Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur.

30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən Azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79(80 əvvələri)-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar.
Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında Azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir.
Bir sıra İran rejiminin nəzarəti altinda komik əsərlərdə baş rolda çıxış edən Təbrizli Haşım Çavuşi və Urmulu Həsən kişi bütün Azərbaycanda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar.

1994-cü ildə gənc Azərbaycanlı recissor Hüseyn Lələ türkcədə “Alın yazısı” adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın “Vəhdət” adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.Bugündə Azərbaycanda teatr Fars rejiminin basqısı və nəzarəti altındadır.

Azərbaycan tarixi-Orta əsrlər dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. 
Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. 
III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-651) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlaraSəfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.


633-cü ildə Ərəb qoşunları Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur. Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər. Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində "əbədi od" deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.

816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur. 819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki,Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti (861-1538) yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıyaköçürdü.

X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.


Sacilər dövlətinin (879-941) əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və Xəsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. 

Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimiMərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövlətinin (941-981) paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər (981-1054) dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü. Qəznəvi dövlətinin (962-1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi. Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı. XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.


Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin (971-1086) əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.

Qacarlar — 1796 və 1925-ci illər arasında İran və Azərbaycanda hakimiyyətdə olmuş türk sülaləsidir. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar.


İslmadan öncə Tarix