ARAZ ATAXAN: “DÜNYADA MİLLİ BİRLİYİMİZİN GÜCLƏNMƏSİ QARABAĞIN AZADLIĞINI SÜRƏTLƏNDİRİR”

Araz Ataxan: “Dünyada milli birliyimizin güclənməsi Qarabağın azadlığını sürətləndirir”

Sabah müharibə başlasa, Ermənistanın qarşısında 9 milyon yox, 50 milyonluq Türkün  dayanacağından bu ölkə bərk narahatdır.
Bu sözləri Gün.Az-a Hollandiyadan Güney Azərbaycan İstiqlal Partiyasının Hollandiya üzrə təmsilçisi, Siyasi siyasi ekspert Araz Ataxan bildirib.

“Qarabağ məsələsi dünya azərbaycanlıları üçün ümummilli məsələdir.
Bu gün bölgədə Azərbaycanın çəkisi artır. Hazırda bölgədə cərəyan edən proseslər Ermənistanın Azərbaycanla hesablaşmağa aparır. Əks halda proseslər Ermənistan üçün yaxşı nəticələnməyəcək. Üstəlik, dünyada milli birliyimizin güclənməsi Qarabağın azadlığını sürətləndirir” - deyə, Araz Ataxan bildirib.

Gün.Az