Bu barədə Gün.Az-a Amsderdamdan Cənubi Azərbaycan milli fəali və siyasi analizator Araz Ataxan bildirib.
“Mətbuat konfransını keçirməkdə əsas məqsədimiz Urmu gölü və Cənubi Azərbaycanda cərəyan edən hadisələri haqqında Hollandiya ictimaiyyətinə geniş bilgilər vermək idi. Tədbirə Hollandiyanın ictimai, insan hüquq təşkilatlarından da qonaqlar iştirak edirdi. Xüsusilə, mətbuat konfransı vasitəsilə yerli medianın diqqətini orada baş verən hadisələrə yönəltdik” - deyə, Araz Ataxan bildirib.
Araz Ataxan bundan sonra da Urmu gölü və Cənubi məsələsi ilə bağlı tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd etdi.
“Qarşıda Hollandiyada geniş aksiyanın keçirilməsi gözlənilir və orada cərəyan edən hadisələr haqqında məlumatı Hollandiya ictimaiyyətinə çatdırmağa çalışacağıq” - deyə, Araz Ataxan vurğuladı.
Sonra konfrans iştirakçıları Urmu gölü və Cənubi Azərbaycanla bağlı yerli medianın suallarını cavablandırıblar.
Elnur Eltürk
Gün.Az