Araz Ataxan : İran Azərbaycanında milli oyanış hərəkatı hər gün güclənir və sürətlə təşkilatlanır.0 7 il təşkilatda uyə olduğu surəcdə fəliyətlərindən anlatır
Özünün təmsil etdiyi təşkilatı nümunə kimi göstərən cənab Ataxan Amerikanın Səsinə müsahibədə artan sayda Azərbaycan türklərinin “azad ölkədə” yaşamaq istədiyini dilə gətirib.
Araz Ataxan: Azadlığımızı istəyirik! Dinleyin
Araz Ataxan təşkilatın 2004-cü ildə yarandığını və qısa müddət ərzində Avropada və Şimali Amerikada özünə çox sayda tərəfdar cəlb etdiyini bildirdi. Onun sözlərinə görə təşkilatın təmsilçiləri tez-tez aksiyalar keçirərək güneydə Azərbaycan türklərinin üzləşdiyi zülmü dünya ictimaiyyətinə çatdırırlar. O, habelə Qərb siyasətçilərinin tədricən İran Azərbaycanına ciddi önəm verdiyini vurğuladı.