Bu sözləri Gün.Az-a Hollandiyadan Güney Azərbaycanli siyasi ekspert Araz Ataxan bildirib.
“Farslar, ermənilər Türk dünyasına qarşı birgə mübarizə aparırlar və onların türk millətinə qarşı patoloji nifrəti var. Əgər Güney Azərbaycanda hadisələr farsların və ermənilərin maraqları çərçivəsində cərəyan etsə, bu Qarabağ məsələsinə də böyük təsir edə bilər. Urmu məsələsi milli məsələ olduğu üçün, dünya türkləri vahid mövqedən çıxış etməlidirlər” - deyə, Araz Ataxan bildirdi