iki internet tv bir araya gəlir ?

Cənubi Azərbaycanın Urmiya şəhərindən olan, 6 ildir Hollandiyada yaşayan, GAİP-i Hollandiyada və Belçikanın flamank bölgəsində təmsil edən, eləcə də «İstiqlal» TV-nin müdiriyyət nəzarətini icra edən Araz Ataxanın Publika.Az –a müsahibəsi -“İstiqlal” TV- nə zaman yaranıb? TV-nin yaradıcıları kimlərdir? Kolektiviniz neçə nəfərdən ibarətdir? Hardan yayımlanacaq?
-2011-ci ildə “İstiqlal” TV GAİP tərəfindən internet TV-si olaraq 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə yarandı. Həmin gündən GAİP tərəfindən TV-nin müdiriyyət məsuliyyəti və kadr yaratma məsuliyyəti verildi. Bu gün xaricdə 10-larla əməkdaşım, eləcə də bir sıra Cənubi Azərbaycanın müxtəlif şəhərlərindən olan soydaşlarımız arxayınlıqla TV-mizdə muxbir kimi çalışır. TV-nin İdarə Heyətində jurnalist, siyasətçi, mədəniyyətşünas, sosioloq, müşavirlər və məsləhətçilərimiz var. TV açılan zaman 6 mərkəzdən yayımlanmasını planlaşdırdıq - ABŞ, İsveç, Hollandiya, Şimali Azərbaycan, Cənubi Azərbaycan və Türkiyədən. Hazırda Amerika, İsveç və Hollandiyada mərkəzimiz fəaliyyət göstərir. İsveçin Stokholm şəhərindəki mərkəzimiz isə ana mərkəz olaraq fəaliyyət göstərəcək. -TV-də hansı proqramlar öz əksini tapacaq? -"İstiqlal" TV var gücüylə Cənubi Azərbaycan milli azadlıq hərəkatına, milli varlığımıza və Bütöv Azərbaycanın milli mənafelələrini qorumağa xidmət edəcək. Bu gün Cənubi Azərbaycanda milli medianın olmaması səbəb olub ki, Cənubi Azərbaycanın ağır durumu və milli mübarizəsi gözlərdən və diqqətdən uzaq düşüb və bu da mili hərəkatda da bir sıra sistemsizlik yaradıb. Bu zərurərətdən irəli gələrək partiyamızın təşşəbüsüylə TV yaradılması istiqamətində addım atıldı. 2011-ci ildə internet üzərindən TV-miz Türkiyə, Hollandiya və Kanadadan yayılmağa başladı. Bunun üçün məxsusi veb səhifəsi www.istiqlal.tv yaradıldı və bu səhifə elə dizayn oldu ki, həm yayımlar yayılsın, həm də hərəkatımızın video arxiv mərkəzinə çevrilisin . Gələcəkdə də bütün xalqımız bu gün və sabah tarixdən yararlana bilsin. Ana dilində təhsil, siyasi müsahibə və analizlər, bütün istiqlalçı və milli təşkilatlarımıza aid həftəlik proqramlar, milli günlərimizə aid verilişlər, Cənubi Azərbaycandan təsvirlər , milli musiqi və milli rəqslər, Cənubi Azərbaycana aid ingilis və türk dillərində xəbərlər, İranda yaşayan qeyri-fars millətlərə aid özəl proqramlar , milli tarixi filmlər, Bütöv Azərbaycanı tanıtdırmaq, xüsusilə də sərhədlərimizin üstündə hər gün durmaq, Qərbi Azərbaycan Urmiya gölü daxil olmaqla özəl proqramlar hazırlanacaq. -TV haradan izləmək olar? Canlı verilişləriniz olacaqmı? TV-mizi www.istiqlal.tv saytından izləmək olar. Düşünürük ki, maddi sıxıntılarımızı tezliklə çözüb və “Eu3” ya da “Hotbird” peykindən yayıma başlayaq. Amma qeyd etdiyim kimi, maddi sıxıntılar ucbatından bu məsələ ləngiyir. TV indilik internet və flaş fayllar üzərindən Cənubie göndərilir. Ancaq bu ilin aprelində 3 mərkəz studiya binaları ayrılıb və dostlar müasir texnologiyaya sahib studiolarımızı hazırlayıblar ki, həm internet, həm də gələcəkdə peyk üzərə keyfiyyətli olsun. Mayın 15-dən sonra verilişlərımiz Bütöv AZ TV yardımıyla peyk üzərindən bu TV-nin ekranından yayımlanacaq. Bütöv AZ TV rəhbəri Cavad Derəxti peyk üzərində yayımlarımıza kömək edəcək. -TV-də hansı problemləriniz var? -Çox sevindiricidir ki, TV-mizin kadrları əqidəli, enerjili gənclərdən, elmli və təcrübəli insanlarımızdan ibarətdir. Başqa pozitiv gücü budur ki, milli qüvvələr tərəfindən daxildə də dəstəklənir. Ancaq TV-mizin yalnız bir problemi var, o da maddi sıxıntıdır ki, bu problemi təəssüf ki, həll edə bilməmişik . Çox arzu edirəm ki, bu problem millətimizin əli ilə həll olsun ki, millətimizin haqq səsini dünyaya çatdıraq. Bu TV Cənubi Azərbaycanın məzlum və boğulmuş səsini təbliğ etmək məqədilə yaranıb. Cənubi Azərbaycanın azadlığı uğrunda mübarizə aparan qüvvələri bir araya gətirmək və birgə mübarizə aparmaq məqsədilə addımlayır. Bu gün Cənubi Azərbaycan çox ağır durumdadır. Bölgədə gedən siyasi prosesler, Cənubi Azərbaycana qarşı fars rejimi tərəfindən edilən təzyiqlərin və yasaqların artması, dünya mediasının, eləcə də Şimali Azərbaycan və Türkiyədəki KİV-lərin Cənuba kifayət qədər yer verməməsi, Cənubi Azəbaycan milli azadlıq hərəkatının irəliləməsi, fars işğalçı rejiminin daxildən çökməsi və dünyada təklənməsi, İranın Azərbaycana düşmənliyinin artması və çoxlu səbəbləri nəzərə alsaq, bu TV-nin peykə çıxması zəruridir və ona görə də bu sahədə yardımlar çox vacibdir. Sübhan ƏLƏKBƏROĞLU