“Ramil Səfərovun azadlığa çıxması insanlarımız arasında milli ruhun artmasına səbəb olub. Bunun milli hərəkat üçün çox müsbət nəticələri olacaq. Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan dövlətinin bu addımını dəstəkləyir və bütün gücümüzlə Azərbaycanın yanındayıq. Prezident İlham Əliyev çox doğru və hesablanmış bir addım ataraq,öz vətəndaşına sahib çıxdı. Hamı gözəl bilirdi ki, Ramil Səfərov haqsız olaraq həbsdə idi. Bu bir daha onu göstərir ki, bir millətin bayrağı ilə oyun oynamaq olmaz. Əgər, ermənilər bu məsələ ilə bağlı başqa addım atsalar, onlara qarşı birgə və effektiv mücadilə aparacığıq”, - deyə Araz Ataxan qeyd edib.
Elnur Eltürk
Gün.Az