Azərbaycan öz sərhədlərini güclü şəkildə qoruyur və sərhədçilər qanun çərçivəsində addım atıblar.
Bu sözləri Gün.Az-a Amsderdamdan Cənubi Azərbaycan milli hərəkət fəali Hollandiyada, ekspert Araz Ataxan İran-Azərbaycan sərhədindəki silahlı insidentlə bağlı Tehranın rəsmi etiraz notasını şərh edərkən bildirib.
“ Azərbaycan öz sərhədlərini güclü şəkildə qoruyur və baş verən hadisələr Azərbaycan sərhədində olub. İran hərbçisi sərhədi pozaraq qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub. Belə olan halda, Azərbaycan sərhədçilərinin atdığı addım qanun çərçivəsindədir”, - deyə, A.Ataxan qeyd etdi.
A.Ataxan onu da əlavə etdi ki, İran tərəfindən Azərbaycan sərhədlərinin tez-tez pozulduğu müşahidə edilir.
“Görünür ki, təxribatçı qüvvələr Azərbaycana keçib hansısa öz bəd əməllərini göstərmək istəyirlər. Bu gün Azərbaycanda sabitliyin olması kimlərisə narahat edir və buna baxmayaraq, İran tərəfindən gələn hansısa mənfi halların qarşısı qətiyyətlə alınacaq”, - deyə, Araz Ataxan bildirdi.
E.Eltürk