- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Azərbaycan Milli Hökumetinin Başçisi S.C. Pişəvərinin BMT Baş Assambleyasina Müraciəti
Dünyanın ən qedim xalqlarından olan Azərbaycan xalqı özünün zengin milli tarixine malikdir. Esrlərin keşməkeşlərində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlayabilmişdir. Iran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansıizcasına taladılar.
Neticəde Azərbaycanın çiçeklənən kənd və şəhərləri dağilmaq həddinə gəlib çatdi.
Şovonist böyuk dövletçilik siyaseti yürüden İran h◌ ökmdarları Azərbaycanlıların varlığını tamamile inkar etməyə cəhd göstərir, onların dilini əlinden almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirler.
Buna baxmayaraq Azərbaycan xalqi bir gün de olsun, öz azadliqi uqrunda mubarizesini dayandirmadi.
Azərbaycanlilarin öz milli azadliqlari uqrunda mubarizesinin en parlaq numunesi Settarxan,Baqirxan, Şeyx Mehemmed Xiyabani və başqalarinin hereketleridir. Bu cesur insanlar mubarizenin başçilari, hemde şehidleri idi.Qanlı faşizmin üzərinde demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şerait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 Dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ile başa çatdi. Atlantik Xartiyasına uyqun olaraq Milli Məclisin,Azərbaycan Milli Hö◌ kumətinin qurulması ile nəticələndi.Azərbaycanda demokratik əsaslara dayanaraq bir Milli Hökumət qurulub və öz fəaliyyeti barədə bütün dünyaya məlumat yayib.5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin kömeyi ile özünün müasir bir xalq olduğunu derk etdi və bir də heç vaxt Fars zülmünün altında inləməyə, Fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına icazə verməyəcekdir.
Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətine qurban vermeye hazirdir.Yeni, demokratik Azərbaycan hökuməti qisa vaxt ərzinde ictimai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili tehlükesizlik tam bərqərar olunub.
Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insan şəraitində yaşamağa başlayıb. Bununlada o, öz milli dövlətini qorumağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyuk demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.
BMT Baş Assambleyasına müraciəti ile Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin varliği faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özu tərəfindənmüəyyənləşdirilməsine təminat verilsin.
Azərbaycan Milli hökumətinin baş vəziri
Seyid Cəfər Pişəvəri.
28 Yanvar 1946.
1946
ACTIVISTS
ana dili
Assambleyasi
BMT
Cənubi Azərbaycan
Milli Hökumet
Seyid Cəfər Pişəvəri
ارمنی
ارومیه
فعالین ملی .آذربایجانی
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar