“South Azerbaijan Is Not Iran” yazılmış plakatı qaldırmaqda 20 milli Fəal muhakimə olundu


“Traxtur-Əlcəzirə” müsabiqəsində tutulan millətçilərin 20 nəfəri mühakimə olunub Fəallar üzərində “South Azerbaijan Is Not Iran” yazılmış plakatı qaldırmaqda suçlanıb.



Təbrizin “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilən müsabiqə zamanı tutuqlanan Azərbaycanlı milli-mədəni fəallar Təbrizdə fars işğal  rejiminin  Prokurorluğunun (dadqostəri) 104-cü şöbəsinin rəisi hakim (qazi) Səmədi tərəfindən mühakimə olunub. 2014-cü il dekabrın 31-də keçirilən iclasda fəallara qarşı ümumi asayişi pozmaq ittihamı irəli sürülüb.
Əli Əhmədi, Cəfər Rüstəmirad, Musa Sudi, Siyamək Seyfi, Hüseyn Ədlcu, Kəsra Davudi və Siyamək İrani 2013-cü il fevralın 24-də (1391-ci il isfəndin 6-da) Asya oyunları çərçivəsində keçirilən müsabiqə zamanı tutuqlanıb. Onların ittihamları müstəntiq Səmədi tərəfindən elan olunub və barələrində saxlanma qərarı çıxarılın. Əlavə edək ki, son dəfə keçirilən məhkəmə iclasında adlarını çəkdiyimiz fəallardan başqa sözü gedən müsabiqə zamanı tutulmuş daha bir neçə nəfər o cümlədən stadiona daxil olarkən tutulan xanım Mətin Nəiminin ittihamlarına baxılıb.