Keçən aylarda İran adlanan yerdə, Fars rejiminin məclisində 100-dən artıq sözdə “Türkdilli məclis nümayəndələrinin “iştirakı ilə fraksiya yaranıb. İran hakimiyəti bu fraksiyanı Azərbaycan milli hərəkatının əsas istəklərindən caydırımaq və Azərbaycan milli hərəkətini istədığı yerə çəkmək üçün yaradıb.Yoxsa iran kimi bir faşist və işğalçı rejim belə bir şeyin Azərbaycan milli hərəkati tərəfindən xəyal qurulmasına belə izin verməz.
Fraksiyanı Rejim adamları yaradıb,Azərbaycan milləti deyil
Birinci diqqət etməliyik ki bütün bu nimayəndələr İran dövlətinin süzkeşindən keçmiş və Azərbaycan milli hərkatina uzaqdan yaxından heç ilgiləri olmayan şəxlərdir.
Bu fraksiyada olan sözdə nimayəndələr iran işğalçılıq rejiminin məşruiyətini və iran ərazi bütövlüğünü və iranın dövlətçilik əsaslarına inanmış insanlardır. Hal bu ki Azərbaycan Milli hərkatinin hətta ibtidayi siyasi-milli istəkləri belə, iran dövlətçilik əsaslarini laxladacaq , iran qondarama kimlikini siləcək, irançılıq idiyası və tarixini və yapısını etibarsızlaşdıracaq və hətta iranı kökündən yox edəcək gücə və etkiyə sahibdir .
İranın Var oluşu , Azərbaycan türklərinin (Və digər qeyri fars millətlərinin) inkari və Yox oluşu üzərə qurulub !
Azərbaycan(və digər qeyri fars millətlər) varsa iran yox olmalıdır,ozaman da ortada iranın siyasi və kimliksəl anlamı qalmır !İran və irançılıq var olmaq istəyirsə! Azərbaycan Vətən anlayışı və Türk milləti yox olmalıdır .Bizim Varlığımız və əzilmiş haqlarımızı üstündədir ki iranın varlığı anlam tapır.
Çünkü 90 il öncədən (1925cildən)İran dövlətçılığı və iranlı kimlik (Miliyət+Vətən)anlayışı Azərbaycan türkllərinin və eləcədə digər qeyri fars millətlərin inkari və yox olması üzərə yaranıb və bugündə həmin irançılıq prensibləri və idiyası üzərə iran dövləti və iranlı kimliki yaşayır.
Buna görədə qeyri fars millətlərin özəliklədə Azərbaycanlıların hər hansi bir ibtidayi milli haqlarının tələb olunması, irançılıq əsaslarini və idoloqyasın yerindən oynadır. Bu səbəbdən məntiq və təcrübə(tarix) deyir ki iranda heç bir zaman millətlərin haqları verilmiyb və verilməz.
irançılıq idiyasına əsasən,əgər bir gün millətlərin hər hansı bir tapdalanmış milli haqları tanılırrsa, ozman iran və irançılıq məhv olmuş ya yox olma ərəfəsindədir deməkdir
iran-parlamentind%c9%99-turk-fraksiyasi-is%c9%99-basladi
Məsla “Türk dilində Mədrəsə” şüarı və istəyi Azərbaycanlıların ən ibtidayi milli haqqı olaraq bilinir.Bu haqqın verilməsi, Azərbaycanlıların özünə ayıd təhsil nazırlığının olması və özünə ayid alimlər tarixçilər yetışdırməsilə mümkündür, buda bu anlama gəlir ki həm “İranlı” qondarma kimliki ,”iran “milli dili kimi təbliğ olan fars dili və eləcə yalan iran tarixi çöpə getməli , bu yalanlarla asimilasion siyasətinə qoyulan 90 il sərvət və əmək zibilə getməli deməkdir,Yəni ki qıssaca “türk dilində Mədrəsə ” özlüğündə, Azərbaycanın özünü idarə edəcək işarəsi , və türklərə milli hakmiyəti dolasi yollarıla hədəfliyən bir istəkdir.
Demək əzilimiş və somurulmuş haqlarımızın verilməsi iranda və irançılıq idyasının içində mümkün və olası deyildir.
Hətta Xəyal belə etsək ki Fars işğalçı rejimi və iranlılar demokrasiyə doğru getmək istəyilər (sadecə boş xəyaldır )Onların reforma və demokrasiyə inanclarının əməli ve real olması üçün birinci şərt və atdımları bu olmalıdır ki İranın 70% cəmiyətini təşkil edən qeyri fars millətləri azad özgür qoysunlar, taki onlarda öz milli kimliklər ilə öz milli vətənlərində öz milli talelərini öz milli iradələri ilə öz əllərilə yazsınlar.
Ancaq bilirik ki nə günümüzdəki fars faşıst rejimi və nədə ki xəyal edəcəyimiz sözdə demokratik yeni xəyali irani dövlət ,və ya fars aydınları belə şeyin danışılmasına belə təhmül göstərmib ve heç zaman göstərmiyəcəklər.
Çünkü onlar İranın quruluş fəlsəfəsini və iranlı adı altında millətlərin sömürülməsinin(Estemarin) gərəçəyini ,biz qeyri fars millətlərdən daha yaxşı başa düşülər.Bizik ki bunu birdəfəlik başa düşməlik ki iran adlanan yerdə bizə heç zaman heç milli haqımız verilmiyib verilmiyəcək .
İlk atdımda rejim AMH-na”kontrol bohran” adılı siyasətilə kontroluna alıb get gedə zamnala hərkati parçalayıb,yön verir .
Azərbaycan milli hərəkati son zamanlarda kütləviləşdikcə rejimin İttilaat oraqni (Təhlükəsizlik və əmniyət və istihbarat nazirliyi) və “Əmniyəte Milli ” adlı təşkilatı daha dəhşətə düşür.Bu iki qurum rejimin Dərin Daxil və xarici Stratejilərini ,Taktiklərini Xamneyi Nəzarətində tasarlır.
Milli hərəkatimizin irərləməsini basıqlar və zindanlar ilə ,işgəncələr və sürgünləri ilə yox edəmiyəcəni anlıyan rejim, artıq yeni siyasəti ilə Azərbaycanla savşmağa gəlir və ilk atdımda öz deyşlərilə”Kontrol Bohran”adlı eski geçiş siyasətə əl atır.
İttilaatin adlandırdığı “Kontrol bohran”(həm şah zamani həm islam rejimi ) bir keçid siyasetidir ki iran daxili və əmniyəti sorunları üçün bu ad altında siyasi oyunlar tasarlanır(Tərrahi olunur) və zaman zaman bu siyasəti muxtəlif taktiklərdə və şivələrdə işə salır.
İran Rejimi get gedə güclənən Azərbaycan milli hərəkatına qarşı basqıların yanısırasında ,Azərbaycan milli hərəkatina bənzər muvazi və parlel yeni hərəkətlər ,ya bəzən sünni liderlər ya sünni mediyalar yardır və onları Azərbaycan milli hərkatının ədəbiyati ve deyimlərilə bəzəyir və onun şoarlari və rəftarlari ilə sünni hərəkati ya lederi ya mediani kamuflaj (esterar) edir.
Beləliklə İttillat Azərbaycan milli hərəkatinin üzvlərini rejimin yaratdığı sünni hərəkatin dalıca çəkməyə şərayit yaradır, ozamana qədər ki əsil Azərbaycan milli hərəkətini öz içindən 2-3 yere parçalayıb və parçalanan bölümləri rejimə və ya irançılığa bağlayıb və ya məhv etmək istəyir. Bu şivə ilə milli hərəkət həm öz içində çatışma və parçalanma yaşayır, həmdə rejim öz sünni hərəkatilə ,millətçiləri özünə bağlayır ya istədiğı yerə çəkir və ya deşifrə edir .
Son illərdə Azərbaycan mili hərəkətinə qarşı rejim Kontrol bohran adlı keçid siyasetini çox görmək olar .(Azərbaycan qiyamlarında ,rejim öz seçkilərində ,Milli hərəkatin həsasiyəti olan məslələrdə,Urmu gölü ya kürd sorunu kimi )
Son zamanlarda “İran Türkü “,” Torkzəban fraksiyasi ” adları da bu irənc oyunların nəticəsində ortaya çıxıb.
Azərbaycana qarşı fars Rejimin Fraksiya adında qurduğu Oyunu İçində Oyun
Bügün Avropanın bəzi ölkələrində olan işğalçılıq siyasəti “Modern asimlasion” şivəsilə millətlər sömürülür .
Məslən bugün Böyük Bertaniya adı altında işğalçılıq yürüdən ingilitərə , Leez , İrlanda və ya İskatlənd millətlərinə (Skot)qarşı bu siyasəti dəvamlı illərdir işlədir.
Yeni “modern Asimlasion” siyasetində işğalçı rejim özünün Irqçı siyasətlərindən dalı oturmasını görsədir , millətlərin kimlik parmetrlərinin yanlız bəzilərini qəbul etmiş kimi görsədir və artıq onların milli varlığını inkar etməkdən və ya qondarma kimliklər adı altında tanıtmaqdan(“Azəri kimi “) əl çəkir,işğalında olan millətlərin milli hərəkatina “siz qazandız mən uduzdum” kimi bir imaj və alqı yaradır. Bu işi ilə millətlərə qalibiyət və zəfər hisi kimi bir his bağşlyıb, beləliklə həm onların milli hərəkatini parçalmaq və yeni adlarıla tekrar yox etməsi üçün fürsət qazanır və hərəkatin sürətin almış olur verdığı sünni imtiyazlar ilə onların milli hərəkatinda olan istiqlal düşüncəsinin yoluna daş atmış olur,və nəhayətən demokrasi adıla öz işğalçılığının dəvamını hədəflir.
İndidə iran Rejimi bu oyunlara bənzər oyunlarıla millətlərin milli hərəkatlarına qarşı yeni çapda savaş açır.
Rejim Azərbaycan milli hərəkatinin kimlik və milliyyət həsasiyəti gözəl başa düşür və bu məslədən Azərbaycana qarşı gözəl faydalanır. Bu qondarma Fraksiya özünü , Azərbaycan milli hərəkatinin bir parçası kimi kamuflaj edib və Azərbaycan Milli hərkatinin ən önəmli deyimlərini (goftemani ) və ona aid siyasi sözlükləri qullanır və Hərəkatin həsas olduğu siyasi -milli məslələri və özəliklə Azərbaycanlının kimlik parmetrlərində yer alan Miliyəti və “Türk” Sözlüğü təhriflə edərək işlədir.
Rejim bu fraksionda Azərbaycanlıların milliyyətini(Türklüğünü)qəbulanmış kimi görsədir.Baxmıyaraq hər millətin kimlik parmetrləridə onun “milliyyəti” qədər “Vətən” anlyaşıda önəmlidir və Kimlik və höviyət dedığımız Vətən+Milliyət ilə anlam tapır.
Ancaq rejim Azərbaycanlıların yanlız Miliyət parametrində olan “Türk” sözlüğünü alıb ona irançılıq bəzəyi vurub sonrada qabağımza qoyur.Beləliklə Azərbaycanlı kimlikinin əsas parametri olan”vətən” anlayışını” iran və irançiliq” içində əritmək üçün hazırdır.
Rejim bu oyunda başarılı olursa Milli hərəkati parça parça edib azdıracaq və ya ən azından milli hərəkat kontroluna alıb yönəltəcək. Azərbaycanlıların “Azərbaycan Vətən anlayışı” “İran vətən anlayışı”la dəyişəndə çox şey də deyişir , oyununa gələnlər nəticədə öz milli hakimiyət istəklərini, iran rejiminində islahat və reform istəyilə deyişəcək və sözdə irani və rejimi və hətta qeyr fars millətləri türkləşdırmə kimi xəyalara dalacaq.
Rejim nə yazıq ki bu pilanında bu günə kimi başarılı və qazanclı irərlır , ancaq hələ Azərbaycan milli hərəkatina gözləniən zərbəni vurmasına çox işi vardır.Azərbaycan milli hərkatinin bəzi üzvləri məslənin dərinliğinə diqqət etmədən bu qurulumuş oyana qoş getdilər. Bu fraksiya projesi rejim tərəfindən başladılan gündən bəri,təhlükəli sürəti ilə qabağa gedir və Milli hərəkətimizə öz içində baxış parçalanması yaşadaraq get gedə real parçalanmaya aparır.
Bəzi genc soydaşlar və ya fedralçı qüvvələr,rejimin bu oyununa bilərək ya bilməyərək dəstək verdilər. Bu soydaşlar İran islam rejiminin 37 il mahiyətini,İranın 80 il öncə yaranış fəlsəfəsini,iranın millətlərə qarşı idarə etmə metodlarını və daha önəmlisi, Azərbaycan milli hərəkətinin son 100 ildə siyasi tarixini yaxşı biləmədikləri üçün belə xətaya gəlirlər.
Bəzi soydaşlar rejimin”Türk” Sözünü işlətməsini bir oyun deyil ,bəlkə Azərbaycan milli Hərəkatinin bir başarısı və qazancı və gücü olaraq görülər, güya rejim bu işlə hərəkat qarşısında dalı oturur, ki buda böyük yanlışdır və yuxarda qeyd etdığım kimi,rejim bu zəfər və başarı hisini,bir içi boş his olaraq öncədə məhndislik edib və milli hərəkətimizı bu sünni zəfər hissini pompalayır.
Bu zəfər hisini his edən soydaşlara soruşmaq lazımdır:
1- son 38 ildə (həta şah zamani belə ),iran rejimi başı dara düştüğündə Millətləri olduğu kimi qəbul etdiyini görsədib, farslar öz hakmiyətləri təhlükədə görəndə bizi “Türk ” olaraq səsləndırıb ,Türkləri yahatmaq üçün və qullanmaq üçün “Azərbaycan” və ” Türk ” sözünü işlədən bu rejim, nəzmanki dərdi sövüşüb Türkləri “Azəri ,Muhacir,Türk dilli,Türk olmuş”olaraq adlandırıb .
Məsəla 8 il iran-İraq illərdir İran rejiminin məclis ya prezident seçkilərində Azərbaycanlıları sandıqa çəkmək üçün rəsmi olaraq “Türk” sözü “Azərbaycan” sözü işlədiblər,ya İran-İraq savaşında” türklər Qoşonu “, ” türklərin səngərləri” adını dəfələrcə işlədən elə bu rejimdir .Rejim yeri gələndə bizə “Azəri” Yeri gəndə “türk Qəhramanı” yeri gələndədə elə “Türk xər” (Eşək türk)deyib .
Rejim həmən rejimdir ,Nə dəyişib ki?görəsən rejimin özü deyişib və Azərbaycanda bu fraksionu dəstəkliənlərdən başqa kimsənin xəbəri yoxdur ?
Necə oldu rejimin illərdi türkləri təhqir üçün ya milləti oyuna gətirmək üçün işlədığı “Türk” sözülüğü Yeni bir deyim kimi hətta başarı kimi gördüz ? Bu qədərmi Milli hafizəmiz unutqanlığa duçar olub ki oynanan tekrarı oyunları belə görmürük və dəfələrcə tekrar etdiyimiz xətaya tekrar yürürük?
2-Azərbaycan millətinin “Miliyyəti Türk” və Türk millətinin bir qolu olaraq tanılır.Azərbaycanlının Tarixi, Mədəniyəti,Dünyaya və yaşam fəlsəfəsi və baxışı , türklüğün tam özüdür. Ama Azərbaycanlılar Tük dilli adli millət (Miliyət başqa,dili türkçə olmuş ) deyildir.Türk dili Azərbaycan türklərinin milliyyətin təşkil edən neçə kimlik parametrindən biridir və demək olar önməlisidir.
Bilirik ki İranda fars rejimi öz siyasəti və farsin mənfətləri üçün bütün kimlikləri inkar və onlara yalan kimlik yaratmasıla yanaşı ,dünyada mövcüd olan gərçək milli terminləridə öz mənfətləri əsasinda məni edibdir.
Məsla dünyada ən böyük dinlərdən biri olan İslami alıb farslaşdırıb ve yeni bir din və məzhəb islam çadrası altında mərifi edir .Hətta Şiyə məzhəbi belə Fars şiyəçiliğı ilə 100% təzaddadır.
Ya necə ki Azəri sözü beynalxalq “Azərbaycandan gələn türk ” olaraq tanılır,Ama fars rejimi onu iranda Azərbaycan türkünün Kimliki və miliyəti olaraq tanıdır . Azəri kimlikini fars arya millətinmin diyər qolu kimi təqdim edir .İranda Azəri sözü kimi “Türk dilli ” sözde elə tərs məni olur .
Bugün iranda “Türk dillilər” demək ,” türk Milləti” anlamında olmadığını hərkəs bilir.İranda bugün Türk dillilər demək, yəni Kökənləri iranlı-ariyai olub ama dilləri, Türk soylarının irana hücümları nəticəsində asimilasion olub türkçəyə deyişilmiş insanlar deməkdir . 90 ilik iranın yalan tarixi bu yalan kimlik əsasinda yazılıb və iran məktəblərində və tarixi dərsliklərində uşaqlaradə bu yalan tarix Soruşanda Azəri nedər ?
Deyir Ariyai soyulu iranlıdır .(Milliyət: Ariyai fars ,Vətən: İran)
Soruşanda bəs Bunların dili ,türkdür axı ?
Deyir Osmanlı ,Çingiz xan ,Səlcuqlarin ,…Vətənimiz “İrana”hücümları nəticəsində iranın quzeyi bölgəsində yaşayan iranlıların dili deyişdi , onlar azeridilar ,azərilər aryayidilər Torkdilli olublar…. )
Diyəndə axı Azərbaycan türkünün Farsila Mədəniyəti tarixi ənənəsi fərq edir !
Deyir Onlar ki fərq edir Törktəbar(Köçəbə türk) və mohacirdir ki o hücumlar zamnında burda qaldılar sayları azdır(Əqəliyyətdir) və iranlı olublar .
Çağdaş Azərbaycan milli hərəkatinin ən önəmli və qurucu şüarı “Haray Haray Mən Türkəm”seloqanıdır.
Milli hərəkat heç vaxt”Haray haray mən Türk dilliyəm “Mən İran türkiyəm” Şüarını vermiyib və ya siyasi istəklərdə belə bir şey görünmüyüb. Əksinə milli hərəkat çox şəfaf və aydın öz istəklərində və şüarlarında “Azərbaycanı” öz vətəni və miliyətini türk olaraq tanıdır və Kimlik Parmetlərinin əsas faktlarını özü ortaya qoyur və qorur.
İndi “Türk dilli adlı Fraksion” demir biz türkük yəni bizlərə vurulan qondarma kimliklərin biri olan “Türk dilli”qondarma kimliki işlədir.
Bu muqədəmədən sonra əsas Soru burda !Nəzmandan Azərbaycan milli hərəkati idiya və kimlik deyişikliğınə gedib və ya haçandan “Türk dilli, Azəri ,iran türkü..! ” kimi qondrama kimliklərə Azərbaycan milli hərəkati baş əyib ki bu fraksiyonun adını belə başarı və bir qazanc sayaq?
3- Dünya bilir ki rejimin seçki sistemi belədir ki rejim bir neçə nəfər öz adamlarından aday göstərir və istir ki millətlərdə aralarından birilərinə səs versin .”Ha Əli ha vəli !ikisidə nökər-e Seyd əli “
Bu fraksionda olan Nimayəndələr illlərdir rejimdə ayrı postlarda qulluq edən , iran və irançılıq idiyasını candan qəbul edənlər ,İran cinayətçı və işğalçı rejiminə məşruiyətin tanıyanlar və hətta bəzilər o cinayətlərdə iştirak edənlərdir.Üstə gəl bunlar rejimə bağlı olmaqlarıla yanaşı məclisə girmək üçün tekrar tekrar rejimin öz Filterəsindən ( Şüray negahban) geçib və buna səlahiyyət alanlardır.
Əgər də millət Sandıq başına getmiyəndə 2-3 kürdü-Ermənini-cəllad qatili listəyə əlave edir millətə hədə qorxu gəlir deyir getməsən ora kürdlərin olacaq!
Soydaşlar siz,bunlari Azərbaycan milli hərəkatin səsi və Azərbaycan millətinin nimayəndəsi olaraq görürsüz?
Bunların hansı Milli hərəkati ilə uazaqdan yaxından əlaqələri varmı? ya bugünə kimi olub ki bugün milli hərəkatin istəklərini bunların əlilə yerinə gəlməsini gözlüyürsüz?
4-Bəzi soydaşlar belə düşünülər ki fraksion nəticəsində milli hərəkat bir ayrı qazanc`da əldə etmişlər!güya fraksiya yaradılandan sonra bir unversitədə ixtiyari dərs olaraq Türk dilinin ədəbiyati və öyrətimi azad dərs kimi öyrəncilərə veriləcək(dedi qodu hədində) !
İndi bunuda qəbul etsək yinə soruşmalıyıq
Bumu hərəkatin illərdir mübarizəsinin başarısı və dediyiniz böyük qazanc?
“Türk dilində Mədrəsə “Bizim İbtidayi haqımızı səsləndirən umumi milli şoarımızı, hər savadsızında nə anlamda olduğunu başa düşür:”Türk dilində Mədrəsə ” bütün Azərbaycanlılara və digər əsir türklərə “türk dilində birinci kilasdan ali təhsilə qədər ,bütün dərslər ve elmlər ana dilində eyitim və təhsil deməkdir.
Azərbaycan milli hərəkatının illərdir uğrunda canlar verdığı, zindalar və işgəncələr gördüğü, uğrunda usanmada mücadilə etdığı “Ana dilində təhsil” İstəyi nəzamandan rejimin kontorolunda “türkçə dilində bir vahid dərslik” anlamında oldu ki !indidə bunun sadece dediqodusun(şayiəsin) Azərbaycan milli hərəkatinin başarısı və qazancı sayırsız? Kimi aladırsız ? Milləti nə hesab edirsiz ?
Oyunları pozmaq üçün ,Hadisələrə dərin baxıb geri atdımlamalıyıq, milli hafizəmizi diri tutmalıyıq
Bəzi soydaşlar belə düşünə bilər ki bu rejimin oyunuda olsa biz onu öz mənfətimizə işlətməliyik ,sizcə bu oyunu quran rejim Azərbaycan gərçək mənfətlərinə doğru hərəkət edərmi ?
Bu oyunu quran sizin düşündüğünüzü düşünmüyüb sanırsız? 1% ehtimalı ilə qoyalım Hərəkat faydalandı bu oyundan , İran kimi Rejim bu təhlikəyə həmdə öz içindəı izin verərmi?
Güclü olan və ağılı hərəkət edən milli hərəkatlar, özü öz siyasətini,öz oyunlarını öz siyasi hədəflərinə görə mubarizə edər oyun qurar!düşmənin qurduqu oyunda həmdə onun meydanında oynmaz! Siyasi oyunda utan bir tərəf varsa oda hərzaman oyunu quran və qqarşısındakını öz meydnında öz oyun qaydalarılaıla oynatmaqdır, !
Örnək olaraq 4 il öncə Ruhani Prezidentlik seçki kampanyasında Azərbaycanlıları öz tapdalanmış haqlarını tələb etmələrindən yararlanaraq , Öz kampanyasını Azərbaycanda qulağa xoş gələn sözlərilə,və güya Türklərin tələblərini qarşılıyacaq yalan vədlərilə bəzilərini öz dalıca çəkə bildi .
O Milli hərəkatin birmci və önəmli tələbi ,”Türk dilində Mədrəsə” istəyini və şüarını qulanaraq onu,”Türk dilində Kültür evi “(Fərhəngistan) olaraq bəziyib və Azərbaycanda milllətimizin önünə qoydu. (Azərbaycan tələblərindən 100% uzaq bir vədə)
O Milli hərəkatin həsasiyətlərindən olan Urmu gölünün qurtarılması mövzüsündanda faydalndı .Ruhaniyə inan soydaşlarımız onun yalan vədələrinə dəstək olaraq İmza kampanyas belə yaratdılar. Ruhani ona inanları iki il oynadandan sonra Türk dili adı altında olan deyişini “Fərhəngistan Azəriye” deyişib sonrada yavaş yavaş gündəmdən qaldırdı .Urmu Gölü üçündə vürdığı 3 aylıq vədlər artıq 4 il olub ki sözdə qalıb və 1 damlada olsun gölü qurtarmaya cəhd göstərmiyib. Ancaq bu oyun bizə öz aramızda çatışmalar və hərəkatimizi bir neçə il geriləməsindən başqa heç nə vermədi!
Ona görə Azərbaycanlılar iranda olan hər siyasi oyuna və məsələyə dərin baxmalı və milli hərəkatimizin istəklərini və tarixini doğru başa düşməlıdırlər.Unutmayaq ki hərəkatimiz gücləndikcə,kütləvi olduqca “TÜRK-Azərbaycan” kimi sözlükləri və milli hərəkatimizin həsas olan olaylarını (Anadili ,kürd erməni təcavuzu),iran rejimindən və onun adamlarından (özəliklədə satqın manqurdlardan) daha çox görüb və eşidəcəyik .
Necə ki keçən İranın məclis seçkilərində iran rejimi çox yaxşı bilirdi ki Azərbaycan milli hərəkətı Kürd köçərilərinə və Erməni işğalçılarına,Azərbaycana ərazi iddalarından dolayı həsasiyəti var .
Rejimdə bu həsasiyətdən gözəl faydalandı Urmiyədə kürd və Qardağda Erməni kökəni və özünə bağlı sözdə millət vəkiləri adayı listəsi hazırlayıb millətin qabağına qoydu ,beləliklə o həsasiyətlər nəticəsində Azərbaycanlıları sandıq başına çəkıb hətta o həsasiyətləri özü qabardaraq özünün sunduğu adaylardan sunni qəhrəmanlar belə yaradı (Həzrətpur-Qazipur-Şikak )
Baxmıyaraq ki bu həsiasiyətlərin qaynağı və yaranış səbəidə fars şövinist rejiminin elə özüdür (Kürdləri Batı Azərbaycana köcürdən və orda qollayan irandır, ermənistana Azərbaycana qarşı düşmanlıq etsin destek veren irandır). Ona görə hər hadisənin və siyasi olayin kökünə və dərinlığınə yenməkdə çox fayda var.
Sonda deməliyəm ki artıq çağdaş Azərbaycan milli hərəkatinin istəkləri Şəfaf və aydındır və illərdir bu istəklər üçün mücadilə edən Azərbaycalılar , bu yolda çoxlu canlar və qanlar fəda etmişlər.Daha önəmlisi Azərbaycan milli hərəkati təmamilə bağımsız bir hərəkətdır və bu hərəkətin istiqlalı üçün bu günə kimin çox həzinələr verilib .
Ona görə nə Azərbaycan milli hərəkatini geri aparmağa, nədə onun istəklərini təhrif olunmasına, və nədə hərəkatimizi ona buna bağlı olmasına izin verməməlik .Bugün Türk milləti, Azərbaycanın güneyndə, Güney Azərbaycanın istiqlalını və Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranışını öz arşısaına məqsəd qoyubdur və bu yolda bugün ağır mücadilə yürüdür .Milli hərəkət çox çətinliklə, santim santim Azərbaycan milli Azadlıq hərəkatini İstiqlal məqsədinə doğru irərlədir.Milli hərəkatin hər üzvünün üzərinə düşən vəzifə, Milli hərəkatimizla ırərləyib və geri atdımlamdan ,irərliyən yerdə ayaqımızı möhkəm basıb durmaq olacaq .
Ataxan,A
Holland, 13Dek 2016(23 Azər 1395)