İran rejimi bir daha insanlıq anlayışına meydan oxudu. Unlu yönətmən Eldar Hüseynzadə 8-ci ayın 1-də İrşada aparılıb və bazporsi (istintaq) prosesinə cəlb olunub. İttilaat tərəfindən sorğu-suala çəkilən Eldar, 10-cu ayın 8-də nəhayət İrandan çıxmağı bacardı. Ondan sonra, 11-in 2-də Qəzal sərbəst buraxıldı. Amma faciə elə burda başladı: Eldarın çıxışından cəmi 4 gün sonra, 10-cu ayın 12-də məhbus haqqında edam qərarı verildi.
Bu təsadüfdürmü, yoxsa çıxanların ardınca iz buraxmaq istəyən bir rejimin kinli cavabı? Qanun anlayışının yerini şəxsi qisas və qorxu siyasəti alıb. Məhkəmələr “sən çıxdın, o ölməlidir” prinsipiləmi işləyir? Eldar Hüseynzadənin bu zülmdən canını qurtarması sevincli olsa da, onun ardınca ölüm hökmü verilməsi rejimin qəddar və hesablı oyununu ifşa edir.
Bütün bunlar göstərir ki, sistemin içində ədalət axtarmaq, yanmış kitabda səhifə gəzməyə bənzəyir.
Yorumlar